Azərbaycan Prezidentinin Avropa Siyasi Birliyinin 3-cü – Qranada sammitindən məlum imtinası fonunda Fransa lideri Emmanuel Makron mətbuat konfransında Fransa-Azərbaycan münasibətlərindən danışıb.
“Bizim mövqeyimiz bir şeyi tələb edir. Həqiqətən, biz əvvəldən çox israr edirdik ki, Qarabağdakı azlığın haqları tanınsın və saxlansın. Praqada etdiyimiz kimi, sərhədlər tanınmalıdır. Beləliklə, bizi bəlkə də sülh üçün tərəfdaş saymaya bilərlər. Məncə, biz ədalətliyik. Mən həmçinin Praqa və Moldovadakı (Kişinyov) son görüşlərimizi xatırlayıram. Əliyev söz vermişdi ki, Dağlıq Qarabağa heç vaxt güc tətbiq etməyəcək. Fransanın Azərbaycanla heç bir problemi yoxdur. Məhz Azərbaycanın üzərinə götürdüyü öhdəliklər, öz sözünü tutmaq və beynəlxalq hüquqa hörmətlə bağlı problemi var”, - Makron deyib.
Bunu qarşı tərəfin görüşdən imtinası fonunda Makronun keçirdiyi əsəb gərginliyinin ifadəsi, “siyasi hücumu” saya bilərikmi? Sözlərindən heçmi həqiqət payı yoxdur?
Əvvəla, 2020-ci il 6 oktyabrda Şarl Mişelin vasitəçiliyi ilə keçirilən Praqa görüşündə Əliyev və Paşinyanla bərabər, Makron da iştirak edirdi. Makronun bu görüşdə iştirakını zəruri edən heç bir səbəb yox idi: iki tərəf AB Şurası rəhbərlinin sədrliyi ilə görüş keçirirsə, Fransa prezidenti niyə orda təmsil olunmalıdır?
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Buna baxmayaraq, İlham Əliyev o görüşdə iştirak etdi və Makronun sülhə mane olan açıqlamarının da həmin zaman şahidi olduq.
İkincisi, 7 dekabr 2022-ci il Brüssel görüşündən məhz Nikol Paşinyan imtina etmişdi. Yenidən Şarl Mişelin moderatorluğu ilə keçiriləcək görüşdə Nikol Paşinyan Makronun iştirakında israr edirdi. Makrona nə ehtiyac vardı və ümumiyyətlə, iki tərəf AB Şurası rəhbərinin vasitəçiliyi ilə görüşürsə, üçüncü tərəf orda niyə olmalıdır?
Çox maraqlıdır ki, Nikol Paşinyanın Makronun iştirakında israr etməsi, bu təklifi qəbul olunmadıqda isə görüşdən imtinası bu qədər səs-küyə və aqressiyaya səbəb olmadı.
Üçüncüsü, 2023-cü ilin 1 iyununda Kişinyovda Mişelin vasitəçiliyi ilə görüşdə Makron və Şoltsun (Almaniya kansleri) iştirakına Azərbaycan etiraz etmədi – baxmayaraq ki, masanın arxasında “4-ün 1-ə” nisbətində “dialoq” keçirilirdi. Əlbəttə, bu, artıq dialoq yox, Azərbaycana qarşı siyasi təzyiq platforması idi.
Təbii ki, Azərbaycana masada hər hansı təzyiq etmək mümkün deyil və bunu İlham Əliyev görüşdən dərhal sonra açıqladı. Əliyev bir kəlmə ilə görüşü xarakterizə etdi: “Kişinyov görüşü nəticəsiz başa çatdı”.
Bu, İlham Əliyevin heç bir platformadan heç vaxt imtina etməməsi, ancaq yalnız və yalnız nəticəli formatlara üstünlük verməsinin göstəricisi idi.
Eyni formatda 5 oktyabrda Qranadada daha bir görüşün keçirilməsinə nə ehtiyac vardı? Yenə “4-ün 1-ə” qarşı “nəticəsiz hücumu” baş verəcəkdi və heç bir irəliləyiş olmayacaqdı.
Həm də buna görə Prezident İlham Əliyev Türkiyə lideri Ərdoğanın görüşdə iştirakını israr edirdi: ona görə “həm də” ki, bunun səbəbi yalnız danışıqlarda mövqelərini gücləndirmək deyil, daha dərindir!
Məsələ burasındadır ki, Fransa Almaniyanı da yanına alaraq, Avropa məkanında hegemon statusunda çıxış edir və bütün bölgələrdəki problemlərin yalnız və yalnız onun siyasi iradəsi ilə həll oluna biləcəyi görüntüsü yaratmağa çalışır. Eyni zamanda, Makron və Şolts bir neçə görüşdə ardıcıl iştirak etməklə, “qəlibləşmiş format” (təxminən Minsk Qrupu kimi) yaratmağa çalşırlar. Yəni bütün regional problemlərin həlli Fransa və Almaniyadan asılıdır.
Bu format Türkiyənin Cənubi Qafqazda real hərbi-siyasi mövcudluğunun siyasi inkarı deməkdir. Halbuki Cənubi Qafqaz birbaşa Türkiyənin sərhədlərinə söykənir – Fransa və Almaniya isə bu regiondan min km-lərlə uzaqdadır. Üstəlik, Türkiyə artıq Cənubi Qafqazdadır, Fransa isə hələ Ermənistan vasitəsilə bu regiona girməyə uğursuz cəhdlər edir.
Bu halda Türkiyə kimi qüdrətli bir ölkəni regionun “siyasi platformasından” çıxarmaq Fransanın Ankaraya qarşı siyasətinin tərkib hissəsidir. Burda sürətlə böyüyən və artıq regional gücə çevrilən Türkiyənin (və Türkiyə ilə birgə hərəkət edən Azərbaycanın) siyasi maraqlarından söhbət gedir. Azərbaycan siyasi baxımdan Türkiyənin regionda “sayılmamasını” qəbul edə bilməzdi.
Əks halda Əliyev heç bir platformadan imtina etməyib – Qranadaya da gedə, bu platformadan da istifadə edə, 4-ə qarşı təkbaşına sözünü deyib, Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiqlədib, yenə də Kişinyovdakı kimi, bütün təzyiqləri rədd edib, “Qranada görüşü nəticəsiz başa çatdı” açıqlaması ilə dönə bilərdi.
Əliyev və Ərdoğanın Qranadadan imtinası Makronun siyasi iddialarını tamamilə alt-üst etdi: tərəflərin iştirakı ilə regional münaqişə müzakirəsi olmadı, Ukrayna məsələsi dartışılmadı, miqrantlarla bağlı İtaliya ilə birgə qərar da Macarıstanın kəskin etirazına səbəb oldu və Orban bunu “zorlama cəhdi” kimi çox sərt şəkildə reaksiya ilə cavablandırdı, İspaniya isə Fransanın məsləhətsiz qərarına görə yekun mətbuat konfransını nümayişkaranə surətdə ləğv etdi.
Fransa qurmağa və lideri olmağa çalışdığı Avropa Siyasi Birliyinin 3-cü sammitində çox böyük uğursuzluqla üzləşdi və bəlli oldu ki, Fransa kimi nüfuzlu ölkənin Makron səviyyəsində prezidenti bu dövlətin illərlə can atdığı layihələri məhv etməklə, Parisin maraqlarını baltalamaqla məşğuldur.
Məhz bu və Nigerdən qoşunların çıxması barədə qərarvermə məcburiyyəti qarşısında qalmanın psixoloji ağırlığı altında Makron Azərbaycana qarşı siyasi açıqlama verdi.
Bunda məqsədi nə idi? Azərbaycan liderini sözünü əməl etməməkdə ittiham etmək, Azərbaycanın üzərinə götürdüyü öhdəliklərdən yayınmaqda suçlamaq və s.
Prezident İlham Əliyevin sözünün imzası olduğunu 20 ildə bütün dünyaya təsdiqlədib və bu, artıq müzakirə predmeti deyil. İlham Əliyev söz verdisə, mütləq edir və Avropa liderləri bunu dəfələrlə dilə gətiriblər.
Makron İlham Əliyevin bu qədər güvənilən, iradəli, etibarlı lider olduğunu bildiyi üçün məhz bu istiqamətdən hücuma keçir.
Makronun iddialarına İlham Əliyevin nə vaxt qarşılıq verəcəyi onun öz işidir – çünki o, nəyi nə vaxt və necə etmək lazım olduğunu bilir.
Ancaq vizual müşahidə, tarixi ardıcıllıq var və bunlar nəticə çıxarmağa yetərlidir:
1. 44 günlük savaşda Ermənistan ordusu darmadağın edilir, Ermənistan öhdəlik götürür, Prezident İlham Əliyev “status”un cəhənnəmə getdiyini həmin gün rəsmən bəyan edir;
2. Ermənistanın bəyannamədən yayınmaq və öhdəliklərindən qaçmaq niyyəti ilə təxribatları başlayır və buna qarşı 2022-ci ilin sentyabr toqquşmasında bir daha erməni ordusu ağır zərbə alır və s.
3. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdığını elan edir, bunu yekun bəyanatda təsdiqləyir, 1991-ci il Almatı Bəyannaməsinə sadiqliyini bildirir...
Yəni 5 oktyabr görüşündə nəinki 2020-ci il savaşının nəticələri vardı, sentyabr toqquşması da Ordumuzun müstəsna uğuru ilə yenicə başa çatmışdı və Ermənistan Baş naziri Praqa görüşündə tamamilə fərqli prizmadan davranırdı, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını elan edirdi... Bu halda Azərbaycan keçmiş Dağlıq Qarabağa qarşı hərbi gücdən niyə istifadə etməli idi? Axı bütün proseslərin sülhlə həlli iqtisamətində Ermənistan və onun havadarları öhdəlik götürürdü!
Əlbəttə ki, bu məqamda Azərbaycan da Qarabağdakı ermənilərin hüquqlarının Azərbaycanın qanunvericiliyi daxilində maksimum qorunacağını elan edirdi və indi də edir, bu istiqamətdə real addımlar da atır.
Ancaq biz bunun ardınca nə müşahidə etdik?
1. Azərbaycan sərvətlərinin talanmasının sürətlənməsi başladı;
2. Ermənistandan külli miqdarda silah-sursatın daşınması – həm də rus sülhməramlıların himayəsində - artdı;
3. İran nəinki İrəvana, Xankəndiyə belə silah-sursat, daha sonra isə onlardan istifadəni öyrətmək üçün mütəxəssislər göndərməyə başladı və s.
2022-ci ilin oktyabrın sonundan başlayaraq, İrandan Xankəndiyə göndərilən yüklər və hərbi mütəxəssislərin kimliyi detallarına qədər ortaya qoyulub – bütün bunlar mediada da açıqlanıb.
Deməli, 5 oktyabrda Azərbaycanın problemi həll etmək üçün gücdən istifadə etməyəcəyinə vəd alınır və bunun ardınca dərhal işə keçilir və olduqca maraqlıdır ki, İran aktivləşir.
Niyə məhz İran? Necə olur ki, 5 oktyabr görüşündən sonra İranın daha da aktivləşməsi, daha sürətlə Ermənistanı və Xankəndidəki separatçı-terrorçuları silahlandırması prosesi gedir? Hətta milyonlar dollarlarla ölçülən raketlər bağışlayır İrəvana? Fransa Azərbaycandan bu sözü alandan sonra İranın bu qədər fəal şəkildə aktivləşməsi hansı gizli sövdələşmədir?
Bu təxribatların qarşısını almaq üçün ekofəalların mübarizəsi 12 dekabrda başlayır – yəni dinc, sivil mübarizə aparılır. Ermənistan və onun havadarları isə “dolama yollar” tapıb, yenə də Xankəndiyə silah, hərbi qüvvə göndərməyə davam edirlər.
Nəhayət 23 apreldə “Laçın” postu qurulur və bu, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, Praqada təsdiqlənən bəyanata və tam beynəlxalq hüquqa uyğun.
Fransa buna niyə etiraz edirdi? Niyə yalançı “humanitar fəlakət” kampaniyasını davam etdirirdi?
Bunun ardınca Xankəndi və ətrafındakı separatçıların ritorikası kəskin dəyişir və hədələr başlayır: hər gün təxribat, hər gün Azərbaycan Ordusunun mövqeləri qarşısında “fortifikasiya” qurmaq cəhdləri, gündən-günə beynəlxalq aləmdə Azərbaycana qarşı təbliğatın son dərəcə yüksək səviyyəyə çatması.
Makronun birbaşa təklifi ilə Azərbaycan əleyhinə avqustda BMT TŞ-nin fövqəladə iclası keçirilir və Azərbaycana qarşı ənənəvi olaraq ən ağır ittihamlarla fransız nümayəndə çıxış edir.
Bura Fransadan göndərilən və sərhədimizə düzülən 19 TIR “humanitar yardım” şousunu da əlavə edin!
Demək, Azərbaycan liderinin kişi sözündən sui-istifadə edib, bütün məkrli planların icrası tam-tamına 11 ay gerçəkləşdirilib. Hətta iş o yerə çatır ki, Xankəndidə “seçki” də keçirirlər və “yeni prezident” seçmək dərəcəsində azğınlıq edirlər.
Azərbaycan Prezidenti söz vermişdi ki, hərbi müdaxilə etməyəcək. Bəs, siz nə söz vermişdiniz? Siz separatçıları silahlandırmaq, yeni təmas xətti yaratmaq, artıq həll olunmuş münaqişəni yenidən qondarmaq üçün bütün gücünüzlə çalışacaq, verdiyiniz vədlərə tüpürüb, fəaliyyətə keçəcək və Azərbaycanın maraqlarına zərbə vuracaqsınız, milli təhlükəsizliyə təhdid yaradacaqsınız və Azərbaycan liderinin “hərbi müdaxilə olmayacaq” sözünə sığınacaqsınız?
Bu qədər qeyri-əxlaqi siyasət və qarşı tərəfin verdiyi sözlə manipulyasiya etməyin sonu Qranada siyasi fiaskosu olur - əlbəttə.
Makron qətiyyən utanmadan və həya etmədən “erməni maraqlarının tək ifadəçisi olduğu” sözünü də unudur; Makron 1 iyunda Kişinyov görüşündə tutduğu ədalətsiz, ermənipərəst, hətta Paşinyandan daha artıq erməni olduğunu açıq şəkildə etiraf etməkdən də çəkinməmiş, görüşdən sonra Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyana zəng edərək, bunları demişdi də.
Bu faktların fonunda Fransa Azərbaycandan hansı vədi yerinə yetirməyi tələb etmək haqqına sahibdir?
Qarabağdakı ermənilərin “hüquqları” ilə bu qədər alver edib, sərhədindən min km-lərlə uzaqda Azərbaycanın milli maraqlarına qarşı açıq siyasət ortaya qoyulursa və danışıqlara zidd addımlar atılırsa, qarşı tərəfin “vədini yerinə yetirməsini” gözləmək nə qədər əxlaqlıdır? Yəni Fransa istədiyini edə, sözündən qaça, imzasından imtina edə, Azərbaycanın daxilində terrorçulara hər cür dəstək göstərə bilər, ancaq Azərbaycan öz milli maraqları üçün öz sərhədləri daxilində antiterror tədbirləri keçirə bilməz – çünki “söz verib”?
Azərbaycan sözünün ağasıdır – bunu Qarabağdakı ermənilərə qarşı indiki münasibəti də, antiterror tədbirləri zamanı bircə mülki obyektə zərər verməməsi də sübut edir – baxmayaraq ki, mülki obyektlərə zərər verməmək Azərbaycan Ordusunun itkilərinin artmasına səbəb oldu.
Ancaq Azərbaycan sözündən qaçan və əxlaqsız siyasət aparanlara qarşı da siyasi iradəsini ortaya qoymağı bacarır.
- COP29-da mühüm razılıq əldə olundu
- 70 kq qızılla saxlanılan diplomatın kimliyi bilindi
- Taksist qonağı hava limanından 139 manata gətirdi - DİN işə qarışdı
- Bakıda COP29 keçirilir, buna görə də… - Paşinyan
- 70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi