Şəmkirdə avtomobillər toqquşduqdan sonra yanıb.
BUTA.TV xəbər verir ki, hadisə rayonda yerləşən restoranların birinin qarşısında baş verib.
"Qazel" markalı yük maşını ilə "Hunday" markalı minik maşının toqquşması zamanı hər iki avtomobillərdə yanğın olub. Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisə zamanı 1 nəfərin xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırma başlanılıb.
- Ötən gün çimərlikdə boğulan Rəşadın - Fotosu
- Suraxanı bazarından son görüntülər - Video
- Azərbaycanda maşın yağı bahalaşdı
- Gəncədə yasda kütləvi zəhərlənmə - 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi
- Polad Həşimov və İlqar Mirzəyevin xatirəsi yad edildi
- Samur-Abşeron kanalında 1 nəfər batdı
- Haluk Levent saxlanıldı
- Sabahın havası bu insanlar üçün əlverişlidir