Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın vasitəçiliyinə müsbət yanaşır və bu haqda fikirlərini bir neçə dəfə bildirib.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Prezident İlham Əliyevin Tiflisi səfəri zamanı Azərbaycan-Ermənistan arasında Gürcüstanın vasitəçiliyini məqbul sayması haqda fikirlərinə münasibətində deyib. “Ermənistanın Baş naziri Nikol Paşinyan da Azərbaycan dövlət başçısı kimi tez-tez Gürcüstana səfər edir və qonşu dövlətlə strateji tərəfdaşlıqdan danışır, ancaq Tiflisin vasitəçiliyi ilə bağlı fikir bildirməkdən yayınır. Halbuki, hardan baxsaq, Gürcüstanın vasitəçiliyi həm Azərbaycana, həm də Ermənistana faydalıdır. Gələcək sülh sazişinin imzalanması üçün də Tiflis ən münasib məkandır. Buna Brüssel, Vaşinqton, Ankara, hətta Moskva da etiraz etməz”, - politoloq vurğulayıb.
- Masallının iki kəndində qaz olmayacaq
- Rezidenturaya qəbul imtahanı keçirildi
- Boz torağayın nəğməsi susdu, yarım əsrlik sükut pozuldu...
- Tovuzda yaşayış evi yandı: xəsarət alan var
- Kür və Arazda bir gündə iki nəfər batdı
- Güclü külək əsəcək – Xəbərdarlıq edildi
- Hövsanın suyu kəsildi
- Bakıda güclü yanğın - Video