İsrail kəşfiyyatının ən böyük uğursuzluğu ... - Netanyahu şokda

08:15 - 9 Oktyabr 2023 - SİYASƏT

 İsrail kəşfiyyatının ən böyük uğursuzluğu ... - Netanyahu şokda

Həmas qruplaşmasının şənbə günü İsrailə qəfil hücumu 1973-cü il Yom Kippur müharibəsindən sonra İsrail kəşfiyyatının ən böyük uğursuzluqlarından biri sayıla bilər. 

BUTA.TV Blomberg-ə istinadən xəbər verir ki, Həmasın  geniş miqyaslı hücumları  qurudan və dənizdən onlarla şəhərləri əhatə etdi. İsrail kəşfiyyat agentliklərinin öncədən hesabladığı bütün təhlükələrin  növünü alt-üst edən mürəkkəb bir hücum nəticəsində  yüzlərlə insan həlak oldu. İsrail rəsmiləri aylardır Fələstin yaraqlı qruplarının zorakılığa hazırlaşdığını söyləsələr də, hücumun vaxtı və miqyası baş nazir Benyamin Netanyahunu şoka salıb ...

ABŞ-ın İsraildəki keçmiş səfiri və Beynəlxalq Münasibətlər Şurasının əməkdaşı Martin Indyk deyib: “Məni şoka salır ki, onlar bunu İsrail və ya Birləşmiş Ştatlar olmadan edə bildilər. Sərhəddə qoşunların olmaması, milyonlarla şekel (İsrail pul vahidi) ödədikləri sərhəd boyunca hasarıların uğursuzluğu və.s"

İsrailin Misir və Suriyanın yəhudi bayramı Yom Kippurda başlatdığı qəfil hücumu dayandıra bilməməsindən 50 il sonra baş verdiyini nəzərə alsaq, hücum daha da sarsıdıcıdır. Bu kəşfiyyat uğursuzluğu nəyin səhv getdiyini anlamaq üçün komissiyanın yaradılmasına səbəb oldu. İsrail rəsmiləri nəyin səhv olduğunu bilmək üçün çox tez olduğunu bildirib və 1973-cü illə müqayisə etməyi rədd ediblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol