Bir neçə gün öncə “TikTok”da “Baboş” ləqəbi ilə tanınan Babək Cabbarovu polis əməkdaşları saxlayıb.
BUTA.TV xəbər verir ki, onun saxlanılmasına canlı yayım zamanı Qarabağ qazisini sərt tənqid və təhqir etməsi səbəb olub. Hadisə Xırdalan şəhərində baş verib. Marketlərdən birinin önündə canlı yayım açan tiktokerə ətrafdakı şəxslərdən bəzisi etiraz edib. Onlardan biri də qazı olub. Canlı yayımda onları təhqir edən “Baboş” daha sonra qaziləri Nərimanov ərazisində yerləşən "Çingiz xan" restoranına dəvət edib.
Elə restoran ətrafında onlar arasında mübahisə yaranıb. Hadisə yerinə dərhal polis əməkdaşları gəlib. Səs-küy salaraq ictimai asayişi pozan fenomen saxlanılaraq aidiyyəti üzrə polis bölməsinə aparılıb.
- Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
- 1649-cu gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- Rusiyalı deputat nüvə silahı ilə hədələdi
- Makronun reytinqi kəskin azaldı
- Ancelina Coli Ukraynaya səfər etdi
- “Yaxşı ki, tibbə qəbul olmadım” - 617 balla baytarlığı seçən Xaliq
- Szinpin bu türk ölkəsinə səfər etdi
- Ukraynanın məğlubiyyəti yaxınlaşır - Peskov