Xəbər verdiyimiz kimi bu gün səhər saatlarında Səbail rayonu, İ.Nəbiyev küçəsində minik avtomobilində yanğın baş verib.
Yanğın nəticəsində "Chevrolet Cruze" markalı minik avtomobilinin yanar hissələri və "Toyota Corolla" markalı minik avtomobilinin arxa hissəsi qismən yanıb. Şahidlərin bizim media-ya verdiyi məlumatda bildirilir ki, "Chevrolet Cruze" markalı maşında iki nəfər yatmış vəziyyətdə olub: "Partlayış səsinə avtomobildəki iki nəfər düşüb qaçıb. Partlayış səbəbindən yanğın qarşıdakı "Toyota Corolla" markalı minik maşınına keçib. Bundan başqa yanan avtomobilin hissələri arxa tərəfdə dayanmış "Merseses-Benz" markalı maşına çırpılıb.
Onu da qeyd edim ki, "Toyota Corolla" markalı minik avtomobili AzTV-nin tanınmış aparıcısı Könül Quluzadəyə məxsusdur".
Qeyd edək ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Qısa zamanda yanğın söndürülüb. Hazırda hadisə müvafiq qurumlar tərəfindən araşdırılır.
- Ötən gün çimərlikdə boğulan Rəşadın - Fotosu
- Suraxanı bazarından son görüntülər - Video
- Azərbaycanda maşın yağı bahalaşdı
- Gəncədə yasda kütləvi zəhərlənmə - 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi
- Polad Həşimov və İlqar Mirzəyevin xatirəsi yad edildi
- Samur-Abşeron kanalında 1 nəfər batdı
- Haluk Levent saxlanıldı
- Sabahın havası bu insanlar üçün əlverişlidir