Onlayn qumar oynayan azərbaycanlı yarım milyon manat uduzub. Xezerxeber.az-ın məlumatına görə, ölkədə qumar oyunlarını təşkil etmək qanunla qadağandır.
Amma internetdə tez-tez qumar oyunları reklam edilir. Qaydalar isə çox sadədir. Qeydiyyatdan keçmək üçün mobil nömrə və bank kartı məlumatları istənilir. Adını və soyadını açıqlamaq istəməyən bu şəxs də internetdə qumar oynayanlardan biridir. Sonradan qumar oynamaq onda asılılıq yaradıb. Zərərçəkən bildirib ki, belə saytlardan tez-tez şirnikləndirici təkliflər gəlir.
Ekspertlər mövzu ilə bağlı bildiriblər ki, belə saytlar adətən xarici ölkələrdə açılır. Ancaq, respublika ərazisində belə internet resursları aşkarlandıqda onlara giriş imkanları məhdudlaşıdırılır. Qumar bəlasından xilas olmaq üçün isə reabilitasiya mərkəzlərinə son zamanlar edilən müarciətlərin sayında artım müşahidə edilir.
Hüquqşünas Elcan Həsənli bildirib ki, ölkədə icazə verilən qanuni idman mərc oyunlarından başqa istənilən həm canlı, həm virtual mərc oyunları qanunsuzdur. Bu oyunların virtual şəbəkələrdə, onlayn platformalarda keçirilməsində 2 ildən 3 ilə qədər azadlıqdan məhrumetməyə qədər ağırlaşdırıcı cəzalar tətbiq oluna bilər. Hüquqşünas bildirib ki, bu oyunları oynayan şəxslər də məsuliyyət daşıyırlar. Onlar 3 000 manatdək cərimə oluna bilərlər.
- Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi…
- MİQRASİYA XİDMƏTİ DƏ SAHİBKAR “OVU”NA ÇIXIB – Bu “tələyə” düşən sahibkarlar kütləvi şəkildə cərimələnir
- Onunla görüşməyi özümə yaraşdırmıram - Şeyx
- Mask Medvedyevin zarafatına belə reaksiya verdi
- Ukrayna əməliyyat hazırlayır: Putinə rahatlıq olmayacaq
- İki azyaşlı erməni Azərbaycan ərazisinə keçdi
- Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir
- Trampın anonsu: Putin necə qisas alacaq? – Markov