Rusiya Müdafiə Nazirliyi sülhməramlılara hələ də ehtiyac olduğunu nümayiş etdirmək üçün görüntü yayıb.
BUTA.TV xəbər verir ki, görüntüdə Xankəndidəki bir-iki erməni sakinə tibbi xidmət göstərildiyi əksini tapıb. Rusiya MN vurğulayıb ki, sülməramlıların “hərbi tibbi personalı” erməni sakinlərə fəal yardım edirlər. Erməni sakinin bununla bağlı rus sülhməramlılara təşəkkürü də təqdim edilir.
Əlbəttə, bunu rus sülhməramlıların guya hələ də regionda gərəkli olduğu haqda təbliğatı kimi dəyərləndirmək mümkündür. Ancaq Rusiya MN-in ərazidən bəhs edərkən “Dağlıq Qarabağ” ifadəsini, eyni zamanda erməni adlarını istifadəsi anlaşılmazdır.
Əvvəla, Xankəndidə Azərbaycan özü poliklinika da açıb, təcili tibbi yardım da və orada qalan azsaylı ermənilərə tibbi xidmət göstərilir. Rus sülhməramlıların hərbi tibb işçilərinə heç bir ehtiyac yoxdur.
Digər tərəfdən, Rusiya özü Ermənistanın Qarababağı Azərbaycanın tərkib hissəsi olaraq tanıdığını “dərin ağrı içində” ifadə edəndən sonra artıq “Rusiyaya düşən bir şey qalmadığını” ən yüksək səviyyədə səsləndirdi. Təsadüfi deyil ki, Rusiya Prezidenti Vladimir Putin bu mövzuda 5 oktyabrda “Valday” Beynəlxalq Diskussiya Klubundakı çıxşında bircə dəfə də olsun “Dağlıq Qarabağ” terminindən istifadə etmədi – yalnız “Qarabağ” sözünü işlətdi.
Bu, Qarabağın Azərbaycanın ərazisi olması ilə bağlı Ermənistanın da təsdiqlədiyi sənəddən sonra Rusiyanın faktı qəbul etməsidir.
Maraqlıdır, Rusiya Prezidenti Putin də daxil olmaqla, bütün siyasi elitası bu faktı etirafa məcbur olduğu halda Rusiya MN niyə hələ də “Dağlıq Qarabağ” terminini istifadə etməyə davam edir?
“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir. Bakı və Stepanakert şəhərləri ilə dinc əhaliyə münasibətdə qan tökülməsinin qarşısının alınmasına, təhlükəsizliyin təmin edilməsinə və humanitar qanunlara riayət edilməsinə yönəlmiş davamlı qarşılıqlı əlaqə saxlanılır”, - Rusiya MN-in bülletenində bildirilir.
Göründüyü kimi, nəinki “Dağlıq Qarabağ”, hətta Azərbaycan ərazisi – Xankəndi şəhəri də “stepanakert” deyə adlandırılır.
Sülhməramlılar Rusiya Prezidenti Vladimir Putinin də dediyi kimi, yalnız ərazidə atəşkəsə əməl edilməsinə nəzarət etmək üçün göndəriliblər və onların da fəaliyyəti bundan ibarətdir. İndi münaqişə bitib, Qarabağdakı silahlılar məhv edilib, tərk-silah olunub və bircə nəfər də olsun separatçı qalmayıb. Əgər belədirsə, o zaman sülhməramlıların da burada görəcəyi iş qalmayıb.
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir