Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın erməni malları üçün bazarını bağlaması ilə bağlı iddiaları əsassız sayır.
BUTA.TV xəbər verir ki, o, bu barədə Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.
“Rusiyanın bazarını bizə bağlayacağı və ya bağlaması ilə bağlı fərziyyə hardan çıxdı? Biz Avrasiya İqtisadi Birliyinin üzvüyük və iqtisadi əlaqələrimiz tənzimlənir”, - Paşinyan bildirib.
Ermənistan hökumətinin başçısı Rusiyaya erməni konyakının tədarükü ilə bağlı problemlər barədə məlumatları da təkzib edib. O xatırladıb ki, erməni istehsalçıları qəbul edilmiş standartlara əməl etməlidirlər.
Qeyd edək ki, Yuxarı Lars keçidində konyak yüklü onlarla yük maşını günlərdir Rusiyaya buraxılmır.
- Masallının iki kəndində qaz olmayacaq
- Rezidenturaya qəbul imtahanı keçirildi
- Boz torağayın nəğməsi susdu, yarım əsrlik sükut pozuldu...
- Tovuzda yaşayış evi yandı: xəsarət alan var
- Kür və Arazda bir gündə iki nəfər batdı
- Güclü külək əsəcək – Xəbərdarlıq edildi
- Hövsanın suyu kəsildi
- Bakıda güclü yanğın - Video