Mehdiyevin 1 milyonluq "xeyir-duası" - Bank BTB niyə satılmadı?

00:13 - 12 Oktyabr 2023 - HADİSƏ

 Mehdiyevin 1 milyonluq

Prezident Adminsitrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin oğlu general Teymur Mehdiyevə məxsus Bank BTB-nın satışa çıxarılmasının detalları bəlli olub.

BUTA.TV xəbər verur ki, bakupost.az -ın əldə etdiyi məlumata görə, əvvəlcə bankın satın alınması "yuxarılar"la razılaşdırılıb. Daha sonra alqı-satqı ilə bağlı danışıqlar aparılıb. Əldə olunan razılaşmaya əsasən, Bank BTB-ni alan tərəf borcları da bağlanmaq şərtilə Ramiz Mehdiyevin oğluna 15 milyon manat ödəməli imiş. Bu razılıqdan sonra Prezident Adminsitrasiyasının keçmiş rəhbəri məsələyə müdaxilə edib. O, Bank BTB-nı almaq üçün onun "xeyir-duasının alınmasına" ehtiyac olduğunu bildirib. Qeyd olunur ki, Ramiz Mehdiyev bankı almaq istəyən şəxsdən əlavə olaraq, 1 milyon manat tələb edib. Qarşı tərəf isə bununla razılaşmadığı üçün anlaşma pozulub.

Qeyd edək ki, dünən məsələ ilə bağlı həm Bank BTB-nin mətbuat xidməti, həm də Ramiz Mehdiyev açıqlama verib. Bankdan bildiriblər ki, onun satılması ilə bağlı xəbəri əsassızdır. Ramiz Mehdiyev isə bildirib ki, onun bankı yoxdur:

“Mənim bankım yoxdur. Oğlumun adınadır, o da idarə edir. Bu da indinin məsələsi deyil". Daha sonra isə o, bankın oğlunun adına olduğunu da təkzib edib:

Bu xəbər hal-hazırda çox oxunur
Rusiya Abbasovu 17 il azadlıqdan məhrum etdi

“Yox, Teymurun adına deyil. Deyəsən, yoldaşının adınadır. Bank satılmayıb, satışda da deyil. Bu məlumatlar yalandır. Belə yalan məlumatlar hardan çıxır, bilmirəm”.

Qeyd edək ki, 2022-ci ilin yekun hesabatına görə, ziyanla işləyən banklar arasında artıq bağlanmış “Günaybank”la yanaşı “Muğanbank” və Bank BTB-nin də adı çəkilirdi. Bildirilirdi ki, ötən il bankın ziyanı 5 milyon manat təşkil edib. Ramiz Mehdiyev vəzifədən ayrıldıqdan sonra bankın xalis mənfəətinin 16 milyon 653 min manat azaldığı və 2020-ci ilin sonunda 9 milyon 130 min manatlıq zərərə düşdüyü barədə xəbərlər yayılmışdı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol