Rusiya Prezidenti Vladimir Putinin oktyabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib. O deyib ki, prezidentlər Qarabağ ətrafındakı vəziyyəti və Rusiya sülhməramlılarını, o cümlədən Qarabağ ermənilərinin öz torpaqlarına mümkün qayıdışını təmin etmək kontekstində imkanları müzakirə edəcəklər. Prezidentlər Qırğızıstanda olacaqlar və oktyabrın 13-də Bişkekdə MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək.
“Günortadan sonra Azərbaycan Respublikasının Prezidenti Əliyevlə söhbət planlaşdırılır. Deyə bilərəm ki, biz bu əlaqəyə böyük əhəmiyyət veririk. Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir və dinamik inkişaf edir. Prezidentlər həm iqtisadi sahədə, həm də nəqliyyat, logistika, energetika və sənaye sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi kontekstində gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparacaqlar”, - deyə Uşakov jurnalistlərə bildirib.
“Və təbii ki, Qarabağ ətrafındakı vəziyyətlə bağlı olanları müzakirə edəcəklər. Gündəlikdə beynəlxalq səviyyədə tanınmış hüquq və azadlıqlara riayət etməklə Qarabağ ermənilərinin Azərbaycanın hüquq sahəsinə sülh yolu ilə inteqrasiyası da durur və Rusiya sülhməramlı kontingenti buna şərait yaratmağa hazırdır. Məhz Rusiya sülhməramlıları ətrafında yaranmış vəziyyəti ümid edirik ki, prezidentimiz Əliyevlə birgə müzakirə edəcək”, - Uşakov əlavə edib.
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
O qeyd edib ki, Rusiya sülhməramlı kontingentinin mandatı 2025-ci ilin dekabrında başa çatır.
“Və burada kontingentimizdən mümkün gələcək istifadənin müxtəlif variantları nəzərdən keçiriləcək, o cümlədən Qarabağ ermənilərinin sentyabrda baş vermiş məlum hadisələrdən sonra tərk etdikləri yaşayış yerlərinə mümkün qayıdışının təmin edilməsi kontekstində”, - Putinin köməkçisi bildirib.
- İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
- ABŞ iqlim maliyyələşməsindən yayınır - Edou
- Prezidentdən qərar: Bu agentlik ləğv olunur
- Berbok Bakıda, görün, nələrlə məşuldur – İnanılmaz
- Milli Məclisdən Paşinyana cavab: Bu, ərazi iddiasıdır!
- COP29-da mühüm razılıq əldə olundu
- 70 kq qızılla saxlanılan diplomatın kimliyi bilindi
- Taksist qonağı hava limanından 139 manata gətirdi - DİN işə qarışdı