Ermənistan hakimiyyəti ilə qondarma rejimin “hakimiyyət orqanları” arasında səssiz münaqişə sosial müavinətlərin verilməməsi səbəbindən partlayışa səbəb ola bilər.
BUTA.TV xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb. Xatırladaq ki, separatçı “DQR”in “prezident”i Samvel Şahramanyanın keçirdiyi məsləhətləşmələrdən sonra Baş naziri Paşinyan Qarabağ ermənilərini cəzalandırmaq üçün onların sosial müavinətini kəsmək qərarına gəlib.
“Artıq bir neçə gündür ki, hakimiyyətyönlü media “Artsax”a qarşı kampaniyaya başlayıb. İqtidar deyir ki, “Artsax rəhbərliyi” bu müddət ərzində büdcəni talayıb, ona görə də Qarabağ ermənilərinin sosial təminatını həyata keçirmək mümkün deyil. Hətta bu hücum o qədər güclü idi ki, dünən “Artsaxın informasiya qərargahı” elan etdi ki, “Artsaxın dövlət büdcəsi”ndə hələ də dondurulmuş 3,1 (7.6 milyon dollar) milyard dramlıq qalıq var və bu vəsait Ermənistan hökumətinin əli ilə "yoxa çııxb". Qərargah son hərbi əməliyyatlardan sonra büdcədən təxminən 463 milyon dramın (1.1 milyon dollar) xərclənməsi ilə bağlı ətraflı hesabat təqdim edib”.
Nəşr iddia edib ki, Ermənistan hakimiyyəti qondarma qurumun “dövlət büdcəsi”nə yiyələnməklə separatçıları daha da sıxışdırmağı qarşısına məqsəd qoyub. Belə ki, S.Şahramanyanın sonuncu bəyanatları fonunda N. Paşinyan iqtidarı hər vəchlə Qarabağ separatçılarının qapısını bağlamaq niyyətindədir. Hətta iddialar var ki, Paşinyan və ətrafı 3.1 milyard drama yiyələnməklə Qarabağ ermənilərinin sosial müavinətlərinin verilməsinə əngəl olmaq istəyir. Bununla da Paşinyan özünə əks olan elektorat sayını Ermənistanda azaltmaqla əlavə başağrısından xilas olmaq məqsədi güdür.
- Pakistan Azərbaycan və Türkiyəyə belə təşəkkür etdi - Foto
- Kallas Mirzoyanla görüşdü, Bakı ilə sülhdən danışdı
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Piriyev kimdir?
- BƏƏ-dən qızıl gətirən DGK-nın vəzifəliləri ilə bağlı yeni xəbər
- Baş Prokurorluğun sorğusuna dair qərar qəbul edildi
- Şahbaz Şərif İlham Əliyevə təşəkkür etdi
- Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - Foto
- İrəvan dərhal Bakı ilə sazişi imzalamağa hazırdır - Mirzoyan