İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Şəhriyar Heydəri Azərbaycanın ərazi bütövlüyünə zidd, tarixi təhrif edən və regionda sülhə təhlükə yaratmaq ideyasının davam etdirən fikirlər səsləndirib.
BUTA.TV xəbər verir ki, o, bu barədə SEPAH-a bağlı "Javan" xəbər agentliyinə müsahibəsində deyib. O, Qarabağı “ənənəvi erməni torpağı” adlandıracaq qədər həyasızlıq edib.
“Bu gün Qarabağ ermənilərinin Ermənistana qaçmaları Azərbaycan Ordusunun təzyiqləri və atəş açmaları nəticəsində baş verib. Ancaq bu, Qarabağda ermənilərin kimliyi və mahiyyətlərinin aradan getməsinə səbəb ola bilməyəcək. Onlar sadəcə coğrafi baxımdan çətin vəziyyətə düşüblər”, - deyə iranlı deputat sərsəmləyib.
O, Azərbaycanın Qarabağda hakimiyyətini qura bilməyəcəyi kimi xəyalını da həqiqət kimi göstərməkdən və öz xislətini ortaya qoymaqdan çəkinməyib:
Niderlandlı qadına Şəkidə itlər hücum etdi - Belə xilas olundu+Video
“Azərbaycan Qarabağı işğal etməklə oranı daima əlində saxlaya bilməyəcək. Ona görə ki, Ermənistan davamlı olaraq Qarabağı geri qaytarmağa çalışacaq”.
Şəhriyar Heydəri Azərbaycanı işğalçı və təcavüzkar adlandırıb.
Beləliklə, iranlı deputat Ermənistanın işğalçı ideologiyasının məhv olmasına imkan verməyən, “körükləyici” kimi davranıb.
- Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
- 1649-cu gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- Rusiyalı deputat nüvə silahı ilə hədələdi
- Makronun reytinqi kəskin azaldı
- Ancelina Coli Ukraynaya səfər etdi
- “Yaxşı ki, tibbə qəbul olmadım” - 617 balla baytarlığı seçən Xaliq
- Szinpin bu türk ölkəsinə səfər etdi
- Ukraynanın məğlubiyyəti yaxınlaşır - Peskov