Oktyabrın 12-də Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında mətbuatın açıq hissəsində keçirilən görüşündə maraqlı detal diqqətimi cəlb edib. Vladimir Putin çıxışına Qarabağ mövzusuyla başladı: “Əlbəttə, açıq demək lazımdır ki, burada bir nömrəli məsələ Qarabağ ətrafındakı vəziyyətdir”.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Qarabağ ətrafındakı vəziyyətin niyə bir nömrəli məsələ olduğu aydın deyil:
“Qarabağ məsələsi bitib. Təsadüfi deyil ki, İlham Əliyev çıxışında Qarabağ mövzusuna toxunmadı. Azərbaycan dövlət başçısı rusiyalı həmkarına “bizim danışmağa mövzularımız çoxdur” deyərkən, bu sırada əmtəə dövriyyəsini, sənaye kooperasiyasını, nəqliyyat sahəsində əməkdaşlıq mövzularını misal çəkdi. Qarabağla bağlı Rusiya ilə müzakirə ediləcək tək mövzu qalıb: Rusiya hərbi kontingentinin Qarabağdan çıxma tarixinin müəyyənləşdirilməsi”.
- İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
- ABŞ iqlim maliyyələşməsindən yayınır - Edou
- Prezidentdən qərar: Bu agentlik ləğv olunur
- Berbok Bakıda, görün, nələrlə məşuldur – İnanılmaz
- Milli Məclisdən Paşinyana cavab: Bu, ərazi iddiasıdır!
- COP29-da mühüm razılıq əldə olundu
- 70 kq qızılla saxlanılan diplomatın kimliyi bilindi
- Taksist qonağı hava limanından 139 manata gətirdi - DİN işə qarışdı