Qusar rayonunda 3 nəfər göbələkdən zəhərlənib, onlardan ikisi ölüb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə rayonun Mirzə Vəliyev küçəsində yerləşən evlərdən birində qeydə alınıb.
Burada kirayədə yaşayan Cəlilabad rayon sakinləri, 1980-cı il təvəllüdlü Şamil Yusif oğlu Zeynalov, 1976-cı il təvəllüdlü Sabir Yusif oğlu Zeynalov və şəxsiyyəti hələ dəqiqləşdirilən şəxs evdə yedikləri göbələkdən zəhərləniblər.
Nəticədə S.Zeynalov və digər bir nəfər ölüb. Ş.Zeynalov isə xəstəxanaya yerləşdirilib.
Meyitlər müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Sabir və Şamil Zeynalovlar qardaş olub. Onlar işləmək üçün Qusar rayonuna gəlib.
- Bu fotoları hər kəs ən az bir dəfə görüb
- Ötən gün çimərlikdə boğulan Rəşadın - Fotosu
- Suraxanı bazarından son görüntülər - Video
- Azərbaycanda maşın yağı bahalaşdı
- Gəncədə yasda kütləvi zəhərlənmə - 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi
- Polad Həşimov və İlqar Mirzəyevin xatirəsi yad edildi
- Samur-Abşeron kanalında 1 nəfər batdı
- Haluk Levent saxlanıldı