Ötən ay tarixi anlar yaşadıq. Ordumuz Xankəndidə, Xocavənddə, Xocalıda, Ağdərədə bayrağımızı ucaltdı. Torpaqların azad edilməsindən sonra növbəti sevindirici xəbər isə separatçıların həbsi ilə bağlı oldu.
Bununla belə, azadlıqda hələ də separatçılar var ki, onlardan biri də Qarabağda keçmiş separatçı dəstənin "rəhbərlərindən” olan Xocalı qatili Vitali Balasanyandır. Amma erməni və bizim bəzi sosial media istifadəçiləri terrorçu Balasanyanla bağlı yazıblar ki, Vitali Azərbaycana pislik etməyib, Allahverdi Bağırovla dostluq edib, xocalıları geri qaytaran da odur.
Bəs bütün bunlar nə dərəcədə həqiqəti əks etdirir? Əslində Xocalıda 26-dan 27-ə keçən gecə nələr baş verib? Xocalı sakini, səkkiz gün erməni əsirliyində işgəncələrə məruz qalan rabitəçi Dürdanə Ağayeva "TV Müsavat"a bütün həqiqətləri danışıb.
Bakıda avtomobili yolun ortasında park edən sürücü saxlanıldı - Video - Yenilənib
- Hörmüz boğazı ilə bağlı layihəni - İran təsdiqlədi
- Nazirlik Çingiz Əlioğlunun vəfatı ilə bağlı məlumat yaydı
- Motosikletçilərə qarşı reyd keçirildi
- Masallının iki kəndində qaz olmayacaq
- Rezidenturaya qəbul imtahanı keçirildi
- Boz torağayın nəğməsi susdu, yarım əsrlik sükut pozuldu...
- Tovuzda yaşayış evi yandı: xəsarət alan var
- Kür və Arazda bir gündə iki nəfər batdı