Ermənistanda yenidən baş qaldırmağa çalışan canilər Qarabağdakı keçmiş xunta rejiminin başçısı Samvel Şahramanyanın imzaladığı “sənəd”in ləğvi ehtimalının olduğundan danışmağa başlayıblar.
“BUTA.TV”nin məlumatına görə, bu barədə oktyabrın 14-də “Vahid Vətən” partiyasının başçısı Samvel Babayan erməni mediasına deyib. “Sərəncam imzalayanda yazdılar ki, yanvarın 1-dək qüvvədədir. Yeganə legitim orqan Artsaxın Milli Məclisidir ki, bu sərəncama baxmalı, məhkəməyə göndərməlidir, görəcəklər ki, nə qədər qanuni olub, yoxsa yox. Parlament bundan sonra atacağı addımlarla bağlı qərar verəcək. Əgər o, buna əməl etməsə, prezidenti vəzifəsindən uzaqlaşdıracaq, idarə etmək üçün yeni qurum seçəcək, bütün xalqı köçürməyə və ya problemi danışıqlar yolu ilə həll etməyə çalışacaq” - S.Babayan sərsəmləyib.
Xatırladaq ki, Samvel Şahramanyan 2023-cü il sentyabrın 19-dan sonra yaranmış vəziyyətdən irəli gələn tədbirlər haqqında “fərman” imzalayıb, ona əsasən, 2024-cü il yanvarın 1-dək bütün “dövlət qurumları və idarə təşkilatları”nın buraxılacağını, “artsax”ın mövcudluğunu dayandıracağını elan edib.
- Hörmüz boğazı ilə bağlı layihəni - İran təsdiqlədi
- Nazirlik Çingiz Əlioğlunun vəfatı ilə bağlı məlumat yaydı
- Motosikletçilərə qarşı reyd keçirildi
- Masallının iki kəndində qaz olmayacaq
- Rezidenturaya qəbul imtahanı keçirildi
- Boz torağayın nəğməsi susdu, yarım əsrlik sükut pozuldu...
- Tovuzda yaşayış evi yandı: xəsarət alan var
- Kür və Arazda bir gündə iki nəfər batdı