Ermənistan Müdafiə Nazirliyinin 2-ci ordu korpusunda xidmət edən əsgərlərə qarşı qeyri-insani davranışlar edilir.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Əsgərlərin valideynlərindən biri erməni mətbuatına açıqlamasında deyib ki, komandirlər əsgərləri döyürlər, amma 2-ci ordu korpusunun komandiri Qaregin Poqosyan səs-küy qalxmasın deyə, insidenti ört-basdır etməyə çalışır.
“Valideynlər ordudakı təcavüzkarlıqdan danışmağa qorxur. Qagik Poqosyanın təyinatından sonra tam anarxiya hökm sürür. Oğlum iki aydır postdan düşmür. Bunun səbəbini soruşanda isə deyirlər ki, əsgəri əvəz edəcək heç kim yoxdur”, - erməni əsgərin valideyni bildirib.
Başqa bir valideynin sözlərinə görə, əsgərlər qeyri-insani şəraitdə xidmət aparırlar:
“İkinci ordu korpusunun komandiri Qaregin Poqosyan əsgərin həyatını əsl cəhənnəmə çevirib. Əsgərlər növbə ilə döyülür, Poqosyan isə hərbi polisə məlumat verməmək üçün insidenti gizlədir. Əsgərlər xidməti yerlərindən aylardır dəyişdirilmir. Məzuniyyətə isə Müdafiə Nazirliyində tanışı olanlar buraxılır. Atasının Müdafiə Nazirliyində tanışı olan əsgərlərdən biri bir neçə ay İrəvandakı hospitalda qaldı. Ondan soruşanda isə cavab verdi ki, başı ağrıyır. Budur bizim ordunun vəziyyəti”.
- Bu fotoları hər kəs ən az bir dəfə görüb
- Ötən gün çimərlikdə boğulan Rəşadın - Fotosu
- Suraxanı bazarından son görüntülər - Video
- Azərbaycanda maşın yağı bahalaşdı
- Gəncədə yasda kütləvi zəhərlənmə - 10-a yaxın şəxs xəstəxanaya yerləşdirildi
- Polad Həşimov və İlqar Mirzəyevin xatirəsi yad edildi
- Samur-Abşeron kanalında 1 nəfər batdı
- Haluk Levent saxlanıldı