Demokratiya olmasaydı, iflic olacaqdıq - Paşinyan

18:14 - 17 Oktyabr 2023 - GÜNDƏM

 Demokratiya olmasaydı, iflic olacaqdıq - Paşinyan

Çoxları deyir ki, Ermənistan bu gün demokratiyaya görə əziyyət çəkir. Amma demokratik olmasaydı, son illərdə başına gələn qaçılmaz sınaqlardan Ermənistan iflic vəziyyətinə düşəcək, müstəqilliyini və suverenliyini itirəcəkdi.

BUTA.TV xəbər verir ki, bunu Ermənmistan Baş naziri Nikol Paşinyan Avropa Parlamentindəki çıxışında deyib.

“Ermənistanda demokratiya çətin sınaqlardan keçir. Ermənistanda və dünyanın müxtəlif yerlərində baş verən bir sıra hadisələr belə bir sual doğurur: demokratiya təhlükəsizliyi, sülhü, birliyi, firavanlığı və xoşbəxtliyi təmin etməyə qadirdirmi?

44 günlük müharibənin sonunda Ermənistanın dövlət qurumları ekstremist qrupların hücumuna məruz qaldıqda, cəmiyyət parçalanarkən demokratik yolla formalaşmış qurumlar dövlətçiliyin müdafiəsində möhkəm dayandılar. Ermənistanda o ağır vəziyyətdə söz və sərbəst toplaşmaq azadlığı məhdudlaşdırılmadı, qeyri-mütənasib güc tətbiqi halları qeydə alınmadı, qanunun aliliyi aşağı salınmadı”, - Paşinyan bildirib.

Bu xəbər hal-hazırda çox oxunur
Prezident AMİP sədrinin oğluna vəzifə verdi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol