Azərbaycanda qiymətli metalların və qiymətli daşların alqı-satqısı zamanı ümumi məbləği 15 min manatdan artıq olduqda ödəniş nağdsız qaydada həyata keçiriləcək.
BUTA.TV xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edildiyi “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanuna dəyişikliklərdə qeyd olunub.
Sərəncama əsasən, Azərbaycanda dəyəri 15 min manatdan çox olan qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı nağdsız formada aparılacaq.
- Rusiya ilə münasibətlərdə ümumi gərginlik... - Bayramov
- Azərbaycan, Qazaxıstan, Rusiya və ICAO-nun birgə rəyi: təyyarə vurulub
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı
- Etiraf etməliyik ki, bu prosesə gecikmişik - Aynur Camalqızı