Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı deyib ki, ilin sonuna qədər Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması yüksək dərəcədə realdır. Oxşar açıqlamanı daha əvvəl Azərbaycan prezidenti İlham Əliyev səsləndirmişdi. Hər ikisi “ilin sonuna qədər” ifadəsini işlədib.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğu qeyd edib.
O bildirib ki, Paşinyan “İqtidarda olan partiya kimi bizim siyasi iradəmiz var” deyib və sülh sazişinin imzalanması məsələsində Avropa Birliyindən dəstək istəyib:
“Anlaşılan odur ki, Qarabağ yükündən qurtulan Paşinyan sülh sazişi üzrə danışıqları yekunlaşdırmağa və sülh sazişini Moskvada deyil, Brüsseldə imzalamağa hazır olduğunu nümayiş etdirir. Nikol Paşinyan son anda yeni şərtlər irəli sürməsə və Fransanın pozuculuğu qarşısında baş əyməsə, sülh sazişinin qısa müddətdə imzalanması mümkündür”.
- Nazir Flora Kərimovanı evində ziyarət etdi
- Nazir Flora Kərimovanın ad gününü evində təbrik etdi - Fotolar
- Qapılar açılmadı... - Fotolar
- MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili
- İş adamının mülklərinə qadağa qoyuldu - Siyahı
- AB "Yelo Bank"a qarşı sanksiyanı ləğv etdi
- Cəbrayılda mina partladı - Xəsarət alan var+Yenilənib
- “Qarabağ” qolsuz bərabərliklə razılaşır - Video-Yenilənib