Digər ölkələr ABŞ-a hörmət etmir, bunu Fələstin lideri Mahmud Abbasın Co Baydenlə görüşdən imtinası da təsdiqləyir.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti Donald Tramp "Truth" sosial şəbəkəsindəki hesabında yazıb.
"Hamı Baydenin Mahmud Abbası görmək üçün Yaxın Şərqə uçmağa hazırlaşmasından danışır, görüş təyin edilmişdi və Abbas sadəcə onu ləğv etdi. ABŞ-a hörmət edilmir", - siyasətçi yazıb.
Qeyd edək ki, Mahmud Abbas bu gün regiona səfərə gələn Co Bayden, İordaniya kralı II Abdullah və Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüş keçirməli idi. M.Abbasın ötən gün İsrail ordusunun Qəzza zolağında xəstəxanaya raket zərbəsi endirməsi nəticəsində yüzlərlə insanın həlak olmasından sonra görüşdən imtina etdiyi bildirilir.
- Nazir Flora Kərimovanın ad gününü evində təbrik etdi - Fotolar
- Qapılar açılmadı... - Fotolar
- MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili
- İş adamının mülklərinə qadağa qoyuldu - Siyahı
- AB "Yelo Bank"a qarşı sanksiyanı ləğv etdi
- Cəbrayılda mina partladı - Xəsarət alan var+Yenilənib
- “Qarabağ” qolsuz bərabərliklə razılaşır - Video-Yenilənib
- Bu universitetə magistr qəbulu ləğv edildi