İsrail sübut təqdim etdi: Biz vursaydıq... - Video

11:08 - 18 Oktyabr 2023 - GÜNDƏM

 İsrail sübut təqdim etdi: Biz vursaydıq... - Video

İsrail ordusu Qəzzada xəstəxananın vurulmasında əlinin olmaması ilə bağlı sübutlar təqdim edib.

BUTA.TV xəbər verir ki, ÇAXAL xəstəxananın vurulmasından sonra PUA ilə çəkilən görüntüləri paylaşıb.

Bildirilib ki, Qəzza xəstəxanasındakı partlayışa onların raketi səbəb olmayıb. Çünki raketin düşdüyü yerdə böyük çuxur olmalı idi. İsrail hərbçilərinin sözlərinə görə, onların atdıqları raketlərin düşdüyü yerdə böyük çuxurlar yaranır.

Qeyd edək ki, Qəzza zolağında yerləşən xəstəxanaya hücum nəticəsində son məlumata görə 800 nəfər həyatını itirib.

Bu xəbər hal-hazırda çox oxunur
Prezident AMİP sədrinin oğluna vəzifə verdi

İsrail ordusu xəstəxanaya “İslami-Cihad” hərəkatının atdığı raketin düşdüyünü bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol