Xəstəxanaya hücumu başqa komanda edib - Bayden

14:02 - 18 Oktyabr 2023 - GÜNDƏM

 Xəstəxanaya hücumu başqa komanda edib - Bayden

ABŞ yüzlərlə insanın ölümü ilə nəticələnən Əl-Əhli xəstəxanasına hücumla bağlı İsrailin versiyasını qəbul edib.

BUTA.TV xəbər verir ki, bunu İsraildə səfərdə olan ABŞ Prezidenti Co Bayden deyib.

“Deyəsən, bunu başqa komanda edib, siz yox. Amma bəziləri bundan əmin deyillər. Xəstəxanada baş verən partlayış məni dərin kədərləndirdi və qəzəbləndirdi. Onu da xatırlamalıyıq ki, HƏMAS bütün Fələstin xalqını təmsil etmir və onlara yalnız əzab-əziyyət gətirib”, - Bayden bildirib.

Qeyd edək ki, ötən gün Qəzza sentorundakı Əhli-Ərəb Xəstəxanasına endirilən raket zərbəsi nəticəsində 800-dən çox insan ölüb. Fələstin lideri Mahmud Abba ölkədə buna görə 3 günlük matəm elan edib.

Bu xəbər hal-hazırda çox oxunur
Prezident AMİP sədrinin oğluna vəzifə verdi

İsrail xəstəxanaya”İslami-Cihad”ın uğursuz raketinin düşdüyünü bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol