İlin sonuna qədər sülh saziş imzalana bilər, lakin bu, sülh xarakterli olmayacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri erməni mediasına müsahibəsində Ermənistan parlamentinin “Ermənistan” fraksiyasından olan deputatı Armen Rüstəmyan deyib.
O iddia edib ki, Azərbaycan Ermənistandan yeni güzəştlər, xüsusən də Bakının şərtləri ilə sərhədin delimitasiyası və demarkasiyası, Azərbaycan SSR-in Ermənistan ərazisindəki anklavlarının verilməsini tələb edəcək:
“Anklavların verilməsi Ermənistan tərəfinin strateji əhəmiyyətli yollara nəzarət etməsini məhdudlaşdıracaq; İrəvanın bu marşrut üzərində nəzarət səviyyəsinin aşağı salınması ilə Naxçıvan muxtariyyəti ilə quru əlaqəsinin təmin edilməsi, Qarabağ münaqişəsi başlamazdan əvvəl respublikada yaşayan azərbaycanlıların Ermənistana qaytarılması da tələb ediləcək.
Bundan əlavə, Bakı İrəvanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasından Ermənistanı işğalçı kimi qələmə vermək və təzminat məsələsini gündəmə gətirmək üçün əsas kimi istifadə edə bilər. Söhbət 100 milyard dollarlıq təzminatdan gedir”.
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı
- Etiraf etməliyik ki, bu prosesə gecikmişik - Aynur Camalqızı
- AZAL təyyarəsinin qəzası: Rusiya bu ölkəni “hədəf” edir...
- Azərbaycandan alırıq, qalır satmaq...