44 günlük müharibədən azərbaycanlılara öz yalanları ilə yaxşı tanış olan, döyüşdə aldıqları zərbələri “xüsusi məharətlə” təqdim edən və buna görə də barəsində çoxsaylı lətifələr yaranan Ermənistan MN-in sabiq mətbuat katibi Artsrun Ovannisyana yeni vəzifə verilib.
BUTA.TV xəbər verir ki, erməni mediası onun Müdafiə Nazirliyinin Vazgen Sərkisyan adına Hərbi Universitetinin komanda-qərargah şöbəsinin rəisi təyin edildiyini yazıb.
Bildirilir ki, o, hərbi fənlərdən dərs deyəcək.
Qeyd edək ki, Ermənistan ordusunun kapitulyasiyasından dərhal sonra vəzifədən çıxarılan Ovannisyan bir müddət cəmiyyətdən gizlənmişdi, çünki yalanlarına görə çoxsaylı qınaqlarla üz-üzə qalmışdı. Daha sonra isə yoxa çıxmasını “infarktdan müalicə olunması” ilə əlaqələndirmişdi.
- Naxçıvanın bəzi ərazilərində qaz olmayacaq
- Nazir Flora Kərimovanı evində ziyarət etdi
- Nazir Flora Kərimovanın ad gününü evində təbrik etdi - Fotolar
- Qapılar açılmadı... - Fotolar
- MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili
- İş adamının mülklərinə qadağa qoyuldu - Siyahı
- AB "Yelo Bank"a qarşı sanksiyanı ləğv etdi
- Cəbrayılda mina partladı - Xəsarət alan var+Yenilənib