Qəzzada 1500-ə yaxın fələstinlinin cəsədi hələ də dağıntılar altında qalmaqdadır. Minlərlə ailə evsizdir, küçələrdə yaşayır.
BUTA.TV xəbər verir ki, bu barədə “Əl-Mayadin” məlumat yayıb. Bölgədə yoluxucu xəstəliklər və ekoloji fəlakət riskinin olduğu bildirilir.
Məlumata görə, çarəsiz vəziyyətdə qalan əhali xəstəxanalara sığınmağa məcbur olub. Yanacaq çatışmazlığı səbəbindən xəstəxanaların fəaliyyətinin dayanması təhlükəsi yaranıb.
Bundan əlavə, anklavda mağazalarda ən zəruri tələbat malları tükənib, ciddi ərzaq çatışmazlığı riski var.
Qeyd edək ki, Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, Qəzza zolağında fələstinli şəhidlərin sayı 3300-ə, yaralıların sayı isə 11 minə çatıb ki, onların da əksəriyyəti qadın və uşaqlardır.
- Naxçıvanın bəzi ərazilərində qaz olmayacaq
- Nazir Flora Kərimovanı evində ziyarət etdi
- Nazir Flora Kərimovanın ad gününü evində təbrik etdi - Fotolar
- Qapılar açılmadı... - Fotolar
- MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili
- İş adamının mülklərinə qadağa qoyuldu - Siyahı
- AB "Yelo Bank"a qarşı sanksiyanı ləğv etdi
- Cəbrayılda mina partladı - Xəsarət alan var+Yenilənib