Qarabağdan gedən ermənilər Ermənistandan da köçür

14:42 - 19 Oktyabr 2023 - GÜNDƏM

 Qarabağdan gedən ermənilər Ermənistandan da köçür

Qarabağdakı separatçı-terrorçu rejimin ləğvindən sonra Xankəndi və ətrafından könüllü olaraq gedən ermənilər Ermənistanda da qalmır.

BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Bildirilib ki, 20 gün ərzində Qarabağdan köçən ermənilər arasında minlərlə şəxs xarici ölkələrə üz tutub.

Bu barədə danışan Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, Qarabağdan gələn ermənilər arasında xaricə üz tutanların sayı indiyə qədər 3 mini keçib. Qarabağdan köçənlərin hesabına xüsusilə Zəngəzur vilayətində son illər kəskin şəkildə azalan əhalinin artımını təmin etməyə çalışan Paşinyan onlara ölkəni tərk etməmək barədə çağırış edib.

Bu xəbər hal-hazırda çox oxunur
Prezidentin təltif etdiyi alpinist qadın danışdı

Qeyd edək ki, Ermənistan əhalisi son 25 ildə kəskin şəkildə azalıb. Azalmanın bir səbəbi doğuş sayının aşağı düşməsi, digəri isə miqrasiyadır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol