"Naxçıvan Otellər Qrupu"nun baş direktoru və qanuni təmsilçisi Elgün Məmməd oğlu Məmmədov vəzifəsindən azad edilib.
Şirkətin baş direktoru vəzifəsinə Bədəlov Emil Kamal oğlu təyin edilib. O, həm də otellər qrupunun yeni qanuni təmsilçisidir. Həmçinin, şirkətin nizamnamə kapitalı 10 manatdan 120 min manata qaldırılıb. Hazırda "Naxçıvan Otellər Qrupu" MMC-nin Naxçıvan Şəhər Vergilər İdarəsinə 145098.18 manat borcu var.
Qeyd edək ki, bir neçə gün əvvəl "Nəqşicahan Group"a məxsus olan "Saat Meydanı" MMC ("Saat Meydanı" oteli) və "Otel Qrand Naxçıvan" MMC "Naxçıvan Otellər Qrupu" MMC-yə qoşulduğunu elan edib. Naxçıvan Muxtar Respublikasında qeydiyyata alınan bu şirkətlər daha əvvəl Ali Məclisin sabiq sədri Vasif Talıbova və onun yaxınlarının nəzarəti altında olub. /Qaynarinfo
- Bayramov Çavuşoğlunun atasının vəfatına görə Türkiyədə - Foto
- ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi
- İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi
- AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?
- Mehriban Əliyeva "Sea Breeze"dən video paylaşdı
- Suriya Azərbaycandan kömək istəyir
- Rusiya “sülh göyərçini”nə dönüb: 3 vasitəçilik təklifi və imtina…