Bakıda azyaşlının ehtiyatsızlıqdan almış olduğu xəsarətdən ölməsi faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə BUTA.TV-a Baş Prokurorluqdan məlumat verilib. Belə ki, oktyabrın 14-də 2012-ci il təvəllüdlü Abdulla Əlizadənin Nəsimi rayonu, R.Behbudov küçəsində yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı Abdulla Əlizadənin Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisindən tapdığı kustar üsulla dəmir materialdan hazırlanmış mənşəyi məlum olmayan qurğu ilə yaşadığı evin yataq otağında ehtiyatsız davranması səbəbindən açılmış atəş nəticəsində aldığı xəsarətdən ölməsi müəyyən edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.
Niderlandlı qadına Şəkidə itlər hücum etdi - Belə xilas olundu+Video
- Putin Retklifflə görüşüb? – Kremldən açıqlama
- Husilər Səudiyyə qüvvələrinə zərbələr endirdilər
- İran 30 gəminin Hörmüzdən keçməsinin qarşısını aldı
- Türkiyənin Qara dəniz sahillərində PUA tapıldı
- 1649-cu gün: Rusiya Ukraynanın itkilərini yenilədi
- Rusiyalı deputat nüvə silahı ilə hədələdi
- Makronun reytinqi kəskin azaldı
- Ancelina Coli Ukraynaya səfər etdi