Görünür, Fransada hesab edirlər ki, Azərbaycan Ordusu Qarabağdan sonra Qərbi Zəngəzura istiqamətlənəcək və bu məqsədlə Ermənistanın müdafiəsini gücləndirmək lazımdır.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Fransa müdafiə naziri Sebastyan Lekornunun Fransa və Ermənistan arasında silah satışı ilə bağlı saziş imzalanacağı və müqavilədə hava hücumundan müdafiə sistemlərinin alınmasının nəzərdə tutulduğu haqda açıqlamasını şərh edərkən deyib.
“Fransa siyasətçiləri kimi düşünənlər başqa ölkələrdə də var. İstisna deyil ki, Fransa Ermənistana hücum silahları da satacaq. Biz Türkiyə və İsraildən lazımı silahlar alırıq, eyni zamanda, İtaliyadan da müasir hərbi texnikanın alışı ilə bağlı danışıqları intensivləşdirməliyik. Bu, Fransanın xoşuna gəlməyəcək, ancaq Parisin Ermənistana hərbi texnika satmaq qərarı digər Avropa Birliyi dövlətlərinin Azərbaycana silah və hərbi texnika satmasını asanlaşdıracaq”, - politoloq qeyd edib.
Xatırladaq ki, Sebastyan Lekornu Senatda çıxışında Ermənistana “sərhədlərinin mühafizəsini təmin etmək imkanı vermək” lazım olduğunu dilə gətirib.
Bakıda avtomobili yolun ortasında park edən sürücü saxlanıldı - Video - Yenilənib
- Bakının bəzi ərazilərində işıq olmayacaq
- Bəzi avtobuslar bu dayanacaqlarda saxlamayacaq
- Sürücülərin nəzərinə: Bu yol bağlanır!
- Elvinin MRT müayinəsinin nəticəsi - Açıqlandı
- Çaylar quruyur, xüsusi nişanələr ortaya çıxır
- Kəlbəcər-Laçın yolu belə inşa edilir - Video
- Hörmüz boğazı ilə bağlı layihəni - İran təsdiqlədi
- Nazirlik Çingiz Əlioğlunun vəfatı ilə bağlı məlumat yaydı