Əlixanbəyovların külli miqdarda borcu var - Üç aydır maaşlar ödənilmir

20:07 - 23 Oktyabr 2023 - HADİSƏ

 Əlixanbəyovların külli miqdarda borcu var - Üç aydır maaşlar ödənilmir

“ATEF Şirkətlər Qrupu” MMC-nin külli miqdarda vergi borcu yaranıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, şirkətin hazırda dövlətə olan vergi borcu 8 milyon 262 min 357 manat təşkil edir.

Ancaq şirkətin tək çətinliyi bundan ibarət deyil. Belə ki, ATEF-in onun tərkibinə daxil olan müəssisələrdə çalışan əməkdaşlarına da üç aydır maaş ödəmədiyi bildirilir.

Qeyd edək ki, ATEF-in qanuni təmsilçisi Əlixanbəyov Emil Talıb oğludur. Onun atası Talıb Əlixanbəyov isə ATEF-in Müşahidə Şurasının sədridir. 

Bu xəbər hal-hazırda çox oxunur
Rusiya Abbasovu 17 il azadlıqdan məhrum etdi

Şirkətin Əmircan qəsəbəsindəki Bakı yağ transformatorları zavodu, Qaraçuxur qəsəbəsində transformatorlar və elektrotexniki avadanlıqlar istehsal edən zavodu, Hövsan qəsəbəsində isə metal konstruksiya zavodu, bunlardan başqa, layihə-konstruktor bürosu, 3 tikinti-quraşdırma, həmçinin nəqliyyat və mexanikləşdirmə idarələri var.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol