Regional problemlər həll edilməlidir, əks halda keçmişdə əbədi qalmaq riski var.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tehranda “3+3” formatında keçirilən görüşdə çıxışı zamanı deyib.
“Problemlər var, çox mürəkkəb problemlər var, tarix var və bu problemlər həll edilməlidir, əks halda region əbədi olaraq keçmişdə qalmağa məhkum olacaq. Mövcud problemlərin həlli regionda əməkdaşlıq mühitini təmin edə bilər ki, bu da onun inkişafının açarı olacaq”, - deyə nazir bildirib.
Beynəlxalq hüquqla müəyyən edilmiş regional birgəyaşayışın “qırmızı xətləri”nə hamı tərəfindən riayət edilmədiyi təqdirdə gələcək üçün planların həyata keçirilməsinin mümkün olmayacağını vurğulayan Mirzoyan BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə istinad edib: gücdən istifadənin və güc tətbiq etməklə hədələmənin istisna edilməsi, dövlətlərin ərazi bütövlüyü və suverenliyi, sərhədlərin toxunulmazlığı prinsipləri, habelə fundamental insan hüquqlarının müdafiəsi:
SOCAR rəsmisi xaricdə otelə apardığı qadınla medianın gündəminə düşdü – FOTOLAR
“Bundan başqa, həm hərəkətlərimizdə, həm də hər birimizin ritorikasında bu prinsiplərə riayət etmək vacibdir. Təcavüzkar və hədələyici ritorika kontekstində iddialı regional layihələrin həyata keçirilməsinə imkan verəcək əlverişli atmosferin yaradılmasını təsəvvür etmək çətindir. Ermənistan da öz növbəsində bu prinsiplərə sadiqdir”.
Erməni nazir qeyd edib ki, Ermənistan dənizə çıxışı olmayan dövlət kimi regionda bütün infrastrukturların blokdan çıxarılmasında və daha da inkişaf etdirilməsində maraqlıdır:
“Dövlətlərin suverenliyinə və yurisdiksiyasına hörmət, qarşılıqlılıq və bərabərlik prinsiplərinə əsaslanaraq, Ermənistan Respublikası regional infrastruktur layihələrinin bir hissəsi olmağa hazırdır. İnanırıq ki, Ermənistanın suveren ərazisi də daxil olmaqla, regionumuzda Şimal-Cənub və Şərq-Qərb nəqliyyat marşrutlarının kəsişməsi hamımız üçün unikal dünyanın kəsişməsinə çevrilə bilər”.
O əlavə edib ki, Ermənistan dəmir yolu infrastrukturlarının, o cümlədən onların tikintisi və ya yenidən işə salınması yolu ilə inteqrasiya prosesinə xüsusi önəm verir. Ermənistan Azərbaycan ərazisindən İran, Rusiya və Mərkəzi Asiya ilə dəmir yolu əlaqəsinin olmasında maraqlıdır.
- Qriqoryan Azərbaycana gəldi
- İrəvandan Zəngəzur açıqlaması: Dağlar dağıdılır, yol çəkilir
- Manaf Ağayevin oğlu işdən çıxarıldı
- SOCAR rəsmisi xaricdə otelə apardığı qadınla medianın gündəminə düşdü – FOTOLAR
- Ərdoğan onu İrəvana göndərir: Nələr tələb olunacaq?
- Buna görə Bakının tələbini qəbul etdim - Paşinyan
- Dəhlizdə Azərbaycan vətəndaşı yoxlanacaq? - Paşinyan
- Polşaya hücum: Putin qurbağanı qaynatmağa başladı