Fransadan alınan silahların köməyi ilə biz tam şəkildə səmanı bağlaya bilərik.
BUTA.TV xəbər verir ki, bu sözləri Qarabağdakı keçmiş separatçıların İrəvana qaça bilmiş keçmiş nümayəndəsi Samvel Babayan deyib. O bildirib ki, Ermənistanın hansı nəsil silahlar almasından xəbəri yoxdur:
“2021-ci ildə mən baş nazirə bu şirkətlə (Fransanın “Thales” şirkəti nəzərdə tutulur – red.) əməkdaşlıq haqqında yazdım. Bu fransız şirkəti çox yaxşı inkişaf etmiş elektronikaya malikdir: o silahlar PUA-ları sıxışdıra və onların əraziyə daxil olmasına mane ola bilər. Sevinirəm ki, Ermənistan nəhayət bu silahları almaq imkanına malikdir. Raket sistemi həm məhv etmək, həm də müdafiə üçün nəzərdə tutulub”.
O iddia edib ki, 2020-ci il müharibəsindən sonra Rusiyadan heç bir yardım, silah alınmayıb:
Bakıda avtomobili yolun ortasında park edən sürücü saxlanıldı - Video - Yenilənib
“Ona görə də Ermənistan hava hücumundan müdafiə qüvvələrini təkmilləşdirmək və özünə uyğun silah seçmək qərarına gəlib. Onlar (Rusiya - red.) Ukraynada o qədər məşğuldurlar ki, silah tədarük edə bilmirlər və biz də gözləyə bilmərik”.
O, Ermənistan Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sisteminin Fransa, artilleriya sistemlərinin, məsələn, Hindistan istehsalı olmasında problem görmədiyini də vurğulayıb.
Qeyd edək ki, Fransa Ermənistana “Thales” şirkətinin istehsalı olan 3 ədəd GM-200 HHM sistemi, həmçinin “Mistral” verəcək.
- Bəzi avtobuslar bu dayanacaqlarda saxlamayacaq
- Sürücülərin nəzərinə: Bu yol bağlanır!
- Elvinin MRT müayinəsinin nəticəsi - Açıqlandı
- Çaylar quruyur, xüsusi nişanələr ortaya çıxır
- Kəlbəcər-Laçın yolu belə inşa edilir - Video
- Hörmüz boğazı ilə bağlı layihəni - İran təsdiqlədi
- Nazirlik Çingiz Əlioğlunun vəfatı ilə bağlı məlumat yaydı
- Motosikletçilərə qarşı reyd keçirildi