Ermənistanda hakim “Mülki müqavilə” partiyası bir aylıq fasilədən sonra baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə idarə heyətinin qapalı iclasını keçirib.
BUTA.TV xəbər verir ki, “Joğovurd” qəzeti “Mülki müqavilə” partiyasının qapalı iclasının eksklüziv təfərrüatlarını əldə edib. Qəzet yazır ki, iclasda Paşinyan partiya üzvlərinə hazırda əsas məsələnin hakimiyyətin qorunub əldə saxlanılması olduğunu söyləyib.
“Joğovurd”un məlumatına görə, Nikol Paşinyan qapalı iclasda silahdaşlarına bildirib ki, Rusiya onun hakimiyyətini devirmək istəyir, buna görə də iqtidarın qorunub saxlanması üçün sərt və aydın addımlar atılmalıdır.
“Fakt budur ki, Paşinyan da çox gözəl başa düşür ki, onun hakimiyyətinin anti-Rusiya addımları nəticəsiz qala bilməz və apardığı qeyri-sabit xarici siyasəti nəticəsində Rusiya artıq Ermənistanı etibarlı tərəfdaş hesab etmir, Ermənistanda hakimiyyət dəyişikliyini istəyir”, - qəzet yazır.
“Joğovurd” bildirib ki, Paşinyan hakim partiyanın üzvlərinə bir sıra təlimatlar verib, onlara cəmiyyəti parçalayıb nifaq salmağı tapşırıb.
“O, silahdaşlarına erməni ictimaiyyətində anti-Rusiya əhval-ruhiyyəsini dərinləşdirməyi, əvvəlki hakimiyyətin Rusiyanın köməyi ilə geri qayıtmaq istədiklərini hər cür bəyan etməyi tapşırıb.
Bu planları həyata keçirmək üçün o, bütün resurslardan - qərbpərəstlərdən, deputatlardan istifadə etmək və tezisləri bütün platformalarda yaymaq göstərişi verib”.
- Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Foto
- Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçdi
- İrəvan niyə Minsk qrupunu saxlamaqda israr edir? - Bayramov
- Bayramov Çavuşoğlunun atasının vəfatına görə Türkiyədə - Foto
- ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi
- İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi
- AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?