Paşinyan Levon Ter-Petrosyanın siyasi komandasının üzvülərindən biridir. Və ilk gündən Ermənistan elitasının bu siyasi partiyası hesab edirdi ki, Qarabağ ən yaxşı halda Azərbaycanın tərkibində muxtar statusu ala bilər. 1990-cı illərdən bunun ətrafında danışıqlar aparılıb, əsasən də danışıqlarda Ter-Petrosyanın o vaxtki məsləhətçisi Jirayr Liparityan iştirak edirdi. Görürük ki, bu tendensiya Paşinyanla bu gün də davam etdi, lakin Ermənistan üçün yaxşı olmayan nəticə ilə.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Andrey Areşev Rusiyanın “Birinci kanal”ında yayımlanan “Kuklalar Tuttinin davamçılarıdır” proqramının “Nikol Paşinyan: bəlaların xəbərçisi” adlı buraxılışında deyib.
“2018-ci ildə hakimiyyətə gələn Paşinyan məsuliyyətsiz bəyanatları ilə Minsk qrupunun yaratdığı danışıqlar sistemini dağıtdı. Danışıqların davam etdiyi bir zamanda Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi Azərbayacana hərbi hazırlıq üçün səbəb verdi. Bununla yanaşı sərhəddə baş verən hərbi qarşıdurmalar, 2020-ci il Tovuz döyüşü bir növ İrəvanın Bakıya 2020-ci ilin sentyabr döyüşlərinə başlaması üçün rəsmi çağırışı idi. Paşinyan müharibə üçün təxribata əl atırdı”, - o bildirib.
Qeyd edək ki, sözügedən verilişdə Ermənistanın Baş naziri Paşinyan sərt tənqid olunduğuna görə İrəvan Rusiyanın ölkədəki səfirini çağıraraq, ona verilişə görə etiraz edib və nota təqdim edib.
SOCAR rəsmisi xaricdə otelə apardığı qadınla medianın gündəminə düşdü – FOTOLAR
- Qriqoryan Azərbaycana gəldi
- İrəvandan Zəngəzur açıqlaması: Dağlar dağıdılır, yol çəkilir
- Manaf Ağayevin oğlu işdən çıxarıldı
- SOCAR rəsmisi xaricdə otelə apardığı qadınla medianın gündəminə düşdü – FOTOLAR
- Ərdoğan onu İrəvana göndərir: Nələr tələb olunacaq?
- Buna görə Bakının tələbini qəbul etdim - Paşinyan
- Dəhlizdə Azərbaycan vətəndaşı yoxlanacaq? - Paşinyan
- Polşaya hücum: Putin qurbağanı qaynatmağa başladı