Ermənistanın qarşısında duran əsas vəzifə regionda uzunmüddətli sülhə nail olmaqdır.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Paşinyan Ermənistan və Rusiya arasındakı tarixi əlaqələrə dair suala cavab olaraq, ilk növbədə diqqəti Türkiyə və Azərbaycanla tarixən daha uzun qonşuluğa yönəltməyə çağırıb:
“Bütün suallar və cavablar buradadır. Biz ilk növbədə regionda münasibətləri yaxşılaşdırmağa çalışmalıyıq”.
O, yaxın aylarda Azərbaycanla sülh yolu ilə nizamlanmaya nail olmaq perspektivinə nikbin baxmağa davam etdiyini vurğulayıb:
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
“Bölgənin gələcəyi ticarət yollarının və bağlı sərhədlərin açılmasında, o cümlədən Ermənistanın suverenliyinə hörmətlə yanaşı, Türkiyə ilə Azərbaycan arasında Ermənistan ərazisindən keçən yol əlaqəsində olmalıdır”.
Təhlükəsizlik təkcə ordu vasitəsilə deyil, həm də regional sülh yolu ilə təmin edilməlidir”, - Paşinyan bildirib.
Ermənistanın səy göstərdiyi təhlükəsizlik əlaqələrinin şaxələndirilməsi Qərbin hərbi bazalarının və silahlarının yerləşdirilməsini gözləmək deyil, davamlı regional sülhə nail olmaq cəhdi kimi başa düşülməlidir”, - o bildirib.
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...
- Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
- İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar