Fransa Ermənistanda baza yaradarsa, Bakının cavabı…

13:52 - 26 Oktyabr 2023 - SİYASƏT

 Fransa Ermənistanda baza yaradarsa, Bakının cavabı…

Nikol Paşinyan bir gün Rusiya hərbi bazasını Ermənistandan çıxarmağa və boşalan yeri Fransa hərbi bazasıyla əvəz etməyə müvəffəq olarsa, bunun Azərbaycan üçün təhlükəsi ola bilərmi?

BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, ümumilikdə Rusiyanın Cənubi Qafqaza təsir imkanlarının azalması və Ermənistandan çıxması Azərbaycanın da maraqlarına uyğundur:

“Ermənistanda möhkənlənmək istəyən Fransa bizə Rusiya qədər problem yarada bilməyəcək. Çünki qarşısında Azərbaycanla yanaşı Türkiyəni də görəcək. Bununla Fransa özünü bəlaya salacaq. NATO üzvü Fransanın Ermənistanda hərbi bazası olacaqsa, digər NATO üzvü Türkiyənin də Azərbaycanda hərbi bazası olacaq. Fransa Ermənistanı Avropa İttifaqının və NATO üzvlüyünə qəbul etdirə bilməyəcək. Çünki bu yalnız Fransanın istəyindən asılı deyil.

Rusiya Ermənistanın simasında Cənubi Qafqazda son forpostunu itirməsinin əvəzini İrəvandan artıqlaması ilə çıxacaq. Rusiya 3 addımla Ermənistanı çökdürməyə çalışacaq:

1. Rusiya Ermənistana satdığı qazın qiymətini ya bahalaşdıracaq, ya da tamamilə kəsəcək;

2. Rusiya öz bazarını Ermənistan məhsullarına qapadacaq;

3. Rusiyada çalışan ermənilərin Ermənistana pul köçürmələri ya çətinləşəcək, ya da tamamilə dayandırılacaq.

Bəs Fransa bu problemlərin hansı birinin həllində Ermənistana kömək edə biləcək? Ermənistana nəql edilən Rusiya qazını nə ilə əvəz edəcək və ya bazarını Ermənistan məhsullarına açacaqmı?”


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol