İsrail Müdafiə Qüvvələri Qəzza zolağında quru əməliyyatı üçün yekun plan hazırlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, İsrail Baş naziri Benyamin Netanyahu sözügedən planı imzalamaqdan imtina edib. Bu isə yüksək rütbəli zabitləri qəzəbləndirib.
Məlumata görə, baş nazirin sənədi imzalamaqdan imtina etməsinə səbəb onun HƏMAS hərəkatının hücumundan sonra yaradılmış fövqəladə hökumət üzvlərinin quru əməliyyatının yekdilliklə təsdiq etməsini istəməsidir.
Qeyd edək ki, bundan əvvəl “Axios” nəşri mənbələrinə istinadla İsrail Baş naziri Benyamin Netanyahunun ordunun planlarına şübhəylə yanaşdığı üçün Qəzza zolağında quru əməliyyatının başlanmasını təxirə salmaq istədiyini yazmışdı.
- Prezident AMİP sədrinin oğluna vəzifə verdi
- Prezidentin təltif etdiyi alpinist qadın danışdı
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı
- Etiraf etməliyik ki, bu prosesə gecikmişik - Aynur Camalqızı
- AZAL təyyarəsinin qəzası: Rusiya bu ölkəni “hədəf” edir...
- Azərbaycandan alırıq, qalır satmaq...