“Həm Samvel Babayan, həm də Vitali Balasanyan Vətən müharibəsinə qədər birmənalı olaraq Azərbaycana qarşı fəaliyyətləri ilə xüsusilə seçilən fiqurlar olub. Zaman-zaman hər 2 şəxs Qarabağdakı qondarma quruma aid “müdafiə ordusu”nda çox yüksək vəzifələr tutublar və Qarabağdakı erməni separatçıları arasında daim nüfuza malik olublar”.
Bu sözləri açıqlamasında ehtiyatda olan mayor Ədalət Verdiyev deyib. Hərbi ekspert Ermənistana qaçan separatçı liderlərin Azərbaycan tərəfindən həbs edilməməsi ilə “Hraparak” nəşrinin ortaya atdığı iddiaya münasibət bildirib. Belə ki, qəzetin iddiasına görə, Ermənistana gələn şəxslər Azərbaycanın agentidir və Bakı ilə danışıqlar sayəsində canlarını qurtara biliblər.
Ə.Verdiyev xatırladıb ki, Ermənistanın Vətən müharibəsindəki məğlubiyyətindən sonra Balasanyanla Babayan Azərbaycanla dialoqa getmək və reinteqrasiya məsələlərində əməkdaşlıq etmək tərəfdarı olub:
“Onların Azərbaycan ərazilərindən neçə çıxdığını, yaxud çıxarıldığını deyə bilmərəm, amma bir şeyi deyə bilərəm, Rusiya çox yaxşı anlayır ki, Qarabağdan olan və separatçı rejimdə istənilən vəzifəni tutanların artıq Ermənistanda hakimiyyəti gəlməsi mümkünsüz görünür. Ona görə də Rusiya milyarder Ruben Vardanyanı Qarabağa göndərmişdi. Əslində, Rusiya Ruben Vardanyanı Ermənistanda Nikol Paşinyanın yerində görmək istəyirdi. Zatən Rusiya Ermənistandan əl çəkəsi deyil. Sadəcə, Kremlin planlarında “Paşinyansız Ermənistan” ideyası var idi deyə, bu məqsədlə də Vardanyan Qarabağa göndərilmişdi”.
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
Mütəxəssisin fikrincə, Balasanyan və Babayanın Ermənistanda hakimiyyətə gəlmək şansları yoxdur:
“Onlar bu şanslarını çoxdan itiriblər. Ən azından, Qarabağda baş verən proseslər və bu gün erməni xalqının başına gələn müsibətlərdə Vitali Balsanyan və Samvel Babayanın da rolu var.
Biz bəzən Rusiyanın heç də doğru olmayan addımlar atdığını, yaxud yanlış adamları önə çəkmək niyyətini görürük ki, Vardanyan da bu siyahıya daxil idi və kifayət qədər uğursuz bir seçim oldu. Ona görə də Rusiyanın Samveli, yaxud Vitalini seçməsi mümkünsüz kimi bir variant kimi baxılmamalıdır, əksinə, bu, mümkün ola bilər. Amma onların Ermənistanda hakimiyyətə gəlmək şansları demək olar ki, sıfırın altındadır”.
“Hraparak” nəşri real olmasa da, sensasiya yaradacaq və yeni gündəm mövzusu açmaq məqsədilə bu kimi məlumatları ictimaiyyətə ötürmək şansını heç vaxt itirmir. İndiki vəziyyətdə də Samvelin və Vitalinin Azərbaycan tərəfindən həbs olunmaması, yaxud hansısa bir şəkildə Ermənistana keçməsini erməni nəşri bu qaydada dəyərləndirməyə, eləcə də Azərbaycan ərazilərindən çıxan erməni separatçılarına Rusiya şərait yaradıb və yaxud da bu barədə Azərbaycandan xahiş edirmiş kimi bir görüntü yaratmağa çalışır.
Əgər Rusiyanın belə bir imkanı olsaydı, yəqin ki, Moskva idarə etdiyi Vardanyanı, eləcə də onunla birlikdə həbs olunan digər separatçıları qoruyardı, amma bunu edə bilmədi. Ona görə də “Hraparak”ın yazdıqlarını, Səməndər Rzayev demiş, bir tərəfdən oxuyub, digər tərəfdən də başını buraxmaq lazımdır”, - fikirlərini tamamlayıb.
Rafi MÜSLÜMOV
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...