Azərbaycan Fransaya Afrikada keçmiş müstəmləkəsi olan ölkələrlə problemlərinin həllində vasitəçilik edə biləcəyi təklifini verib. Bu, rəsmi Parisin Cənubi Qafqazda “vasitəçilik” adı altında erməni maraqlarını müdafiə etməsi və proseslərə müdaxilə cəhdləri fonunda Bakının “siyasi şilləsi” kimi bir şeydir.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı bildirib. Onun sözlərinə görə, Afrikada Fransanın müstəmləkə siyasətinə qarşı ciddi müqavimət yaşanır və onun boşalan yerini Rusiya və Çin, eyni zamanda, Türkiyə tutmağa çalışır:
“Hərçənd, Azərbaycanın bu prosesdə izlədiyi siyasət xüsusilə diqqət çəkir: Fransa müstəmləkəsinə müqavimət göstərən ölkələrin toplantısına ev sahibliyi edir və bununla Bakı həm geosiyasi proseslərdə mərkəzlərdən birinə, həm də Afrika uğrunda mübarizə aparan güclər üçün cəlbedici tərəfə çevrilir; bu addımı Qoşulmama Hərəkatının sədr ölkəsi kimi atmaqla təşkilatın nüfuzunu da gücləndirir.
Və ən əsası bu, Afrikada Fransa müstəmləkəsinə qarşı “sakit inqilaba” ev sahibliyi edən Bakının Parisə qarşı demarşdır. Rəsmi Parisin geri çəkiləcəyi, yaxud vasitəçilik təklifi ilə razılaşacağı ehtimalı azdır, halbuki, Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi bunu uğurla həyata keçirə bilər”.
- Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?
- Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı
- Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı
- Etiraf etməliyik ki, bu prosesə gecikmişik - Aynur Camalqızı
- AZAL təyyarəsinin qəzası: Rusiya bu ölkəni “hədəf” edir...
- Azərbaycandan alırıq, qalır satmaq...
- ABŞ ilk dəfə açıqladı: Bakı və İrəvan arasında dəhşətli müharibə...
- Yeni sülh planı: Kiyev nə qazanır və nələr itirir?