Tanınmış psixoloq Samirə Bağırova yenə qalmaqallı açıqlamaları ilə gündəmə gəlib.
BUTA.TV xəbər verir ki, “YouTube”da yayımlanan “Künc-Bucaq” layihəsinin qonağı olan psixoloq bir sıra məsələlərə toxunub. Azərbaycanda bakirəlik mövzusundan danışan Bağırova artıq bakirəliyin kişilər üçün o qədər də önəm daşımadığını iddia edib:
“Mən danışacam deyəcəklər ki, yenə belə danışdı. Dünya dəyişir, yeni qaydalar gəlir. Mən məktəbdə oxuyanda bir fikir səsləndirmişdim, bütün müəllimlərim bu fikrə görə ayağa qalxmışdılar. Demişdim ki, zaman gələcək Azərbaycanda bakirə xanıma birtəhər baxacaqlar. Mən o vaxt xarici ölkələrə gedənlərlə danışırdım, onlar deyirdilər ki, orada 20-21 yaşında bakirə olan qıza qəribə baxırlar. Oğlanlar düşünürlər ki, deməli, bu qızın psixoloji problemləri var ki, heç kəs ona yaxın getməyib. Müəyyən yaş dövründə tələbatlar var, o tələbatlar ödənməyəndə həm oğlanda, həm qızda problemlər yaranır. Elə o vaxt demişdim ki, zaman gələcək ki, bizim ölkəmizdə də bəylər xanımların bakirəliyinə o qədər də önəm verməyəcək. Gəlin təsdiq edək ki, artıq elə bir zəmanə gəlib ki, bu o qədər də önəm daşımır. Bəylər özləri gəlib deyir ki, mənə qadının bakirəliyi yox, sağlam düşüncəsidir lazımdır”.
Bakıda avtomobili yolun ortasında park edən sürücü saxlanıldı - Video - Yenilənib
- Fatimə Leyla Əliyevanın şeirinə yazılmış mahnını ifa etdi - Video
- Bakının bəzi ərazilərində işıq olmayacaq
- Bəzi avtobuslar bu dayanacaqlarda saxlamayacaq
- Sürücülərin nəzərinə: Bu yol bağlanır!
- Elvinin MRT müayinəsinin nəticəsi - Açıqlandı
- Çaylar quruyur, xüsusi nişanələr ortaya çıxır
- Kəlbəcər-Laçın yolu belə inşa edilir - Video
- Hörmüz boğazı ilə bağlı layihəni - İran təsdiqlədi