“Gözəlliyim sayəsində mənə jestlər edilib, bu bəlkə də daşıdığım xüsusiyyətlərə görə olub. Çünki elə adam var ki, xarici gözəlliyi ilə daşıdığı xüsusiyyətlər üst-üstə düşmür. Gözəlliyim başıma bəla da olub və olmaqda da davam edir. Əfsuslar olsun ki, bunu şəxsən yaşamışam...”
BUTA.TV xəbər verir ki, bu sözləri psixoloq Samirə Bağırova qonaq olduğu “Künc-Bucaq” layihəsində deyib. Gözəlliyinin başına bəla olduğunu bildirən psixoloq bəzən vəzifəli şəxslərdən buna görə “şam yeməyi” təklifləri aldığını da etiraf edib: “Mən real hadisələr əsasında bir kitab yazmışam, az qalıb, bu yaxınlarda işıq üzü görəcək. Həmin kitabın nəşrinə dəstək üçün çox yerlərə müraciət etdim və sözün əsl mənasında şok yaşadım. Hara müraciət etdimsə, hamısı dedi ki, mənimlə şam yeməyinə gedək, ondan sonra dəstək olum. Təəccübdə qalmışdım ki, ölkədə nə baş verir?
Çox yorulmuşdum, istər dövlət məmurlarına, istər iş adamlarına müraciət etmişdim. İndi biz mədəni şəkildə buna “şam yeməyi” deyirik. Çox məyus oldum”.
S.Bağırova kitabının nəşri üçün idmançı Kamil Zeynallının ona yardımçı olduğunu açıqlayıb:
70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi
“Sonda Kamil Zeynallı mənə yardım etdi, ona sadəcə bir zəng etdim. Şam yeməyi filan təklif etmədi, dedi ki, kitab nəşridirsə, yardım edərəm və bir saat ərzində başqa bir nəfərlə danışıb mənə kömək etdi. Həmin adam isə adının çəkilməsini istəmədi, Kamil Zeynallı vasitəsilə bu işdə mənə dəstək oldu.
İnsanın özü necə şərait yaradırsa, o cür də olur. Buna razılaşan və bundan çox məmnun olan xanımlar da var. Elə xanımlar var, yanıma gəlib deyirlər ki, mən işə düzəlmək istəyirəm və eyni zamanda, həmin şirkətin rəhbəri ilə münasibətimin də olmasını istəyirəm, iş müsahibəsinə necə getməliyəm? Hər şey insanın özündən asılıdır. Çox şey təklif oluna bilər, məsələ ondadır ki, sən bunu qəbul edirsən, ya yox”.
- Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
- İndi dünyanın gözü bizə fokuslanıb - Babayev
- QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…
- COP29-un bağlanış plenar iclası keçirilir
- Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...
- Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?
- İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
- ABŞ iqlim maliyyələşməsindən yayınır - Edou