İsrailin Azərbaycandakı səfiri Corc Dik İran səfiri Abbas Musəvinin X sosial şəbəkəsində yaydığı təhdidə münasibət bildirib.
BUTA.TV xəbər verir ki, Corc Dik İran səfirinə “peşəkardan pulsuz məsləhət” verdiyini yazıb.
“Ölkəmi məhv etməklə, məni isə ölümlə (bir daha) hədələyəndə ciddi qəbul olunmaq istəyirsənsə, hörümçək toru ilə müqayisədən imtina etməlisiniz. Çünki hörümçək toru poladdan beş dəfə möhkəmdir”, - Cord Dik qeyd edib.
Xatırladaq ki, İranın Azərbaycandakı səfiri Abbas Musəvi X sosial şəbəkəsində İsrail səfirinə xitabla, bu sözləri yazmışdı:
Bakıda avtomobili yolun ortasında park edən sürücü saxlanıldı - Video - Yenilənib
“İndiki mərhələdə cəsur HƏMAS döyüşçüləri sizin üçün kifayətdir. Siz hörümçək torundan da zəifsiniz. Unutmayın ki, İran müdaxilə etsə, siz Nil çayında deyil, Aralıq dənizində basdırılacaqsınız. Heç bir xilas yoxdur. Bundan sonra bütün dünya sizə qarşıdır... Müsəlman, igid Azərbaycan xalqı, eləcə də bütün dünya sizə qarşıdır”.
Qeyd edək ki, hörümçək torunun poladdan qat-qat möhkəm olduğunu elm çoxdan sübut edib. Hörümçək torundan karandaş yoğunluqda kəndir hörülərsə, bir sərnişin təyyarəsini havada saxlaya bilər.
Hörümçəklərin ifraz etdiyi, diametri 0.001 millimetrdən daha kiçik olan iplik eyni qalınlıqdakı polad simdən beş dəfə möhkəmdir.
- Fatimə Leyla Əliyevanın şeirinə yazılmış mahnını ifa etdi - Video
- Bakının bəzi ərazilərində işıq olmayacaq
- Bəzi avtobuslar bu dayanacaqlarda saxlamayacaq
- Sürücülərin nəzərinə: Bu yol bağlanır!
- Elvinin MRT müayinəsinin nəticəsi - Açıqlandı
- Çaylar quruyur, xüsusi nişanələr ortaya çıxır
- Kəlbəcər-Laçın yolu belə inşa edilir - Video
- Hörmüz boğazı ilə bağlı layihəni - İran təsdiqlədi