Qərb dövlətləri Ermənistanla aktiv şəkildə “yaxınlaşır” və Rusiyaya qarşı onunla dostluq etmək istəyirlər.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya XİN başçısı Sergey Lavrov “Rossiya-1” telekanalının efirində deyib. Rusiyalı nazir qeyd edib ki, Moskvanın İrəvanın xarici tərəfdaşlarına qarşı heç bir qərəzi yoxdur, Ermənistan öz kursunu müstəqil şəkildə müəyyənləşdirməlidir:
“Biz KTMT-nin üzvü, yaxın müttəfiqimiz, strateji tərəfdaşımız kimi Ermənistanın xarici tərəfdaşlarla münasibətləri necə quracağını özünün müəyyən etməsinin tərəfdarıyıq. Bizim onun xarici tərəfdaş dairəsi, dostları ilə bağlı heç bir qərəzimiz yoxdur. Biz heç vaxt heç kimə qarşı heç kimlə dostluq etmirik”.
- Bu yerlərdə qiymətlər 15 faiz qalxacaq - Video
- Bu yerlərdə qiymətlər 15% qalxacaq - Video
- Ət bazarında bahalaşma riski - Video
- Beşini vurdular, dördü sayıldı - Video-Yenilənib
- Trampın təhdidlərinə cavab olaraq danışıqlar masasını tərk etdilər - Yenilənib
- “AzDrama”dan Mehriban Xanlarovanın işlə bağlı müraciətinə - Cavab
- İran heyəti ABŞ nümayəndələri ilə şəkil çəkdirməkdən imtina etdi - Video
- MN həftəlik icmalını təqdim etdi - Video