Avropa Komissiyası Rusiya əleyhinə sanksiyaların 12-ci paketini təqdim etməyi planlaşdırır.
BUTA.TV xəbər verir ki, bunu AB-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell bildirib.
Borrell bildirib ki, sanksiyaların təsdiqi üçün noyabrın 15-də AB Şurasına sanksiyalar paketini təqdim etmək niyyətindədir:
"Biz 12-ci sanksiyalar paketi üzərində işi başa çatdırırıq. Buraya qara siyahının genişləndirilməsi, Rusiya almazları da daxil olmaqla ixrac məhdudiyyətləri, Rusiyanın öz neftini bizə deyil, digər ölkələrə satışından əldə etdiyi gəlirləri azaltmaq üçün neftin qiymət həddinin sərtləşdirilməsi tədbirləri daxildir".
- Emin Ağalarov Prezidenti belə təbrik etdi - Video
- Müharibəyə göndərilən 3 azərbaycanlı itkin düşdü - Foto
- Prezident və xanımı Xankəndidədir
- Azərbaycanda “böyrək çıxaran”ı Qazaxıstan həbs etdi
- Türkiyədə Baş Qərargah rəisinin təyyarəsini hansı ölkə vurub?
- Mehriban Əliyeva İlham Əliyevi belə təbrik etdi - Foto
- Prezident İlham Əliyevin doğum günüdür
- Rusiyalı polkovnik rüşvət alıb Azərbaycana qaçdı