"Qarabağ"ın 5 legioneri milli komandalara dəvət alıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.
Marko Veşoviç və Marko Yankoviç Monteneqro, Luka Quqeşaşvili Gürcüstan, Patrik Andrade ilə Leandro Andrade Kabo Verde yığmasına dəvət olunublar.
Monteneqro millisi Avro-2024-ün seçmə mərhələsində noyabrın 16-da evdə Litva, üç gündən sonra səfərdə Macarıstanla üz-üzə gələcək. Gürcüstan yığması noyabrın 16-da Şotlandiyanı qəbul edəcək, 19-da İspaniyanın qonağı olacaq. Kabo Verde isə DÇ-2026-nın seçmə mərhələsində noyabrın 18-də Anqola, 21-də Esvatini ilə qarşılaşacaq.
- Rövşən Rzayev vətəndaşları qəbul etdi
- Dəmir yolunda təhlükəsizlik belə gücləndirilir - Foto
- Yalnış reklam və etiketləmə halları aşkarlandı - Video
- ATƏT sədri İçərişəhərdə - Foto
- O, hər kəsin şairi idi...
- “AzerGold” jurnalistlər üçün növbəti təlim və mediatur təşkil edib
- Şamaxı - İsmayıllı yolunda “Audi” yandı - Video
- "Qaçqınkom"dan yayılan videomüraciətlə bağlı açıqlama