Ukrayna ilə Azərbaycan arasında həmişə konstruktiv dialoq və güclü əməkdaşlıq olub. Bu gün ölkəmizə qarşı silahlı təcavüz şəraitində bu əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Seymur Mərdəliyevlə görüşündə Ukrayna Baş nazirin müavini İrina Vereşuk söyləyib
Onun sözlərinə görə, indi iki ölkə strateji tərəfdaşlığın daha səmərəli mərhələsinə doğru gedir.
Görüşdə tərəflər ölkələrimiz arasında iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Görüş zamanı ticari-iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün Ukraynanın və Azərbaycanın işgüzar dairələrinin onlayn görüşlərinin keçirilməsi barədə razılıq əldə olunub.
Həmçinin işğal olunmuş ərazilərin reinteqrasiyası və bərpası sahəsində Azərbaycan təcrübəsinin müzakirəsi üçün iki ölkənin dövlət qurumlarının birgə iclasının keçirilməsi razılaşdırılıb.
- ATƏT sədri İçərişəhərdə - Foto
- O, hər kəsin şairi idi...
- “AzerGold” jurnalistlər üçün növbəti təlim və mediatur təşkil edib
- Şamaxı - İsmayıllı yolunda “Audi” yandı - Video
- "Qaçqınkom"dan yayılan videomüraciətlə bağlı açıqlama
- Avqustun 13-də Yerin cazibə qüvvəsi itəcək? – Rəsmi
- Metronun əvəzinə bu avtobuslar işləyəcək - Gedişhaqqı 60 qəpik-Video
- AYNA yeni ekspres avtobusları ilə bağlı açıqlama yaydı