“Ukrayna prezidenti Vladimir Zelenski üçün Ağ Evin növbəti rəhbərinin kim olmasının əhəmiyyəti yoxdur, çünki bu vaxta qədər postunu itirəcək və Rusiya ilə müharibə bitəcək”.
Bunu ABŞ kəşfiyyatının keçmiş zabiti Skott Ritter deyib. “Tramp gələn ilin noyabrında seçkilərdə qalib gəlsə də, 2025-ci ilin yanvarında inauqurasiya mərasiminə qədər prezident olmayacaq. Əminliklə deyirəm ki, o vaxta qədər Zelenski artıq Ukraynanın prezidenti və müharibə olmayacaq. Ona da əminəm ki, bundan sonra bu barədə danışmayacaqlar. Hamı Rusiyanın Ukrayna üzərində qələbəsindən, ölkənin denazifikasiyasından danışacaq”, - keçmiş zabit bildirib.
Ritter vurğulayıb ki, Zelenski dünyanın ona olan diqqətinin azalmasının fərqindədir, buna görə də onu geri qaytarmağa çalışır. Bununla belə, onun fikrincə, Ukrayna liderinin hazırda ölkə daxilində bir çox problemləri var, bunların həllinə diqqət yetirməlidir.
“İndi mülki və hərbi rəhbərlik arasında parçalanma getdikcə artır, Zalujnı Zelenskinin, Zelenski də Zalujnının hərəkətlərini bəyənmir. Kadrların təmizlənməsi və Zalujnının işdən çıxarılmasından söhbət gedir. Zalujnı ilə əlaqəli potensial çevrilişlə bağlı şayiələr dolaşır. Zelenskinin narahat olması üçün çoxlu səbəbləri var”, - keçmiş kəşfiyyatçı qeyd edib.
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı general Valeri Zalujnı ilə prezident Zelenski arasında narazılıq olduğu uzun zamandır müzakirə mövzusudur. Zalujnı Ukrayna ordusunun dalana dirəndiyini bildirib. Onun sözlərinə görə, Ukrayna qoşunları Qərbin gözlədiyi irəliləyişi əldə edə bilməyib. Zelenski Ukrayna ordusunun baş komandanının sözləri ilə razılaşmayıb.
- İlham Əliyev Özbəkistana dəvət edildi
 - Babayevdən gəlir vergisi barədə açıqlama: Aşağıdır...
 - Ermənistanda Türk dilinin tədrisi... - Andreasyan
 - Qaşqaylar Əliyevin sözlərinə dərhal reaksiya verdilər
 - Zəfər Paradı ilə əlaqədar marşrutların hərəkət sxemi dəyişdi
 - Bakıda hərbi parada hazırlıq işləri görülür - Fotolar
 - Sabiq nazir efirdə bunu deyib kövrəldi, gözləri doldu - Video
 - Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil