ABŞ-ın əsas məqsədi Azərbaycana daha çox təsir etməkdir. Bu ermənipərəst mövqe indi daha açıq şəkildə diqqət mərkəzinə gətirilir. Ermənistana dəstəklə bağlı akt qəbul edilir. Fakt odur ki, Ermənistan Azərbaycan ərazilərini işğalda saxladığı dövrdə də bu dəstək verilirdi. İndi isə işğal bitib, Ermənistan Azərbaycan torpaqlarından çıxarılıb. Amma yenə də erməni tərəfinə bu dəstək davam edir.
BUTA.TV xəbər verir ki, bunu Teleqraf.com-a Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa deyib. O qeyd edib ki, bunlar eyni xarakterli yanaşmalardır:
“Amma bu kimi təzyiqlərin heç bir nəticəsi olmayacaq. Hazırda ABŞ prezidentinə də senat və konqres tərəfindən Azərbaycanla bağlı hansısa bir qatnamə qəbul etməsi ilə bağlı təzyiqlər edilir. Sadəcə olaraq Amerika tərəfi Azərbaycanın problemin əsas hissəsini həll etdiyini unudur”.
Partiya sədri bildirib ki, Azərbaycan öz ərazilərini erməni işğalından azad edib:
İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
“Bundan sonra belə yanaşma ortaya qoyulacaqsa özlərini ifşa edəcəklər. Bununla da qeyri-obyektiv mövqeləri daha qabarıq görünəcək. Ona görə də, bu məsələlər Azərbaycanı qəti şəkildə narahat etmir”.
Fazil Mustafaya görə, Azərbaycan özünün doğru haqq işini bundan sonra da davam etdirəcək:
“ABŞ və erməni lobbisinin təsiri altında olan dövlətlər hansı qərarı qəbul edir-etsin, beynəlxalq hüquq nöqteyi-nəzərdən Azərbaycanın haqlı davasına hər hansı formada xələl gətirə biləcək addım ata bilməzlər”.
- Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Foto
- Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçdi
- İrəvan niyə Minsk qrupunu saxlamaqda israr edir? - Bayramov
- Bayramov Çavuşoğlunun atasının vəfatına görə Türkiyədə - Foto
- ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi
- İrəvan toqquşma hazırlayır: Bu, artıq Bakı ilə deyil, Rusiya girəcək!
- Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi
- AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?